Audiovizual Şura üç televiziya və bir radionun yayımını müvəqqəti dayandıracaq

Redaktor

09.01.2026 14:15
77

Audiovizual Şura üç televiziya və bir radionun yayımını müvəqqəti dayandıracaq

"Dünya TV", "MTV", "Space TV" və "Space FM"in yayımı müvəqqəti dayandırılacaq.

Valyuta.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın 2026-cı il yanvarın 9-da keçirilmiş ilk iclasında qərar qəbul olunub.

Bildirilib ki, iclasda keçən ilin sonlarında bir sıra televiziya və radio kanallarında baş vermiş reklam qanunvericiliyinin pozulması halları nəzərdən keçirilib. Audiovizual Şuranın mütəxəssislərinin apardıqları araşdırmalar, müvafiq orqanlara göndərilən sorğulara cavablar nəticəsində pozuntular təsbit olunub və Şura üzvlərinin yekdilliklə qəbul etdikləri qərarlara əsasən həmin yayımçılara üçsaatlıq yayımın dayandırılması sanksiyası tətbiq olunub.

Belə ki, 2025-ci il noyabrın 14-də "Dünya TV"də yayımlanan "Alo doktor" proqramı zamanı reklam materialında bəzi müalicə üsullarının peşəkar səviyyədə yalnız reklam olunan tibb müəssisəsində mövcudluğu barədə yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və "Reklam haqqında" qanunun 6-cı maddəsinin tələbləri pozulub.

Həmçinin, ötən il noyabrın 27-də "MTV" kanalında yayımlanan "Çıxış yolu" proqramı zamanı reklam materialında bütün xəstəliklərin təbii üsulla müalicəsinin yalnız reklam olunan tibb müəssisəsində mümkün olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və "Reklam haqqında" qanunun 6-cı maddəsinin tələbləri pozulub.

Eyni zamanda, 2025-ci il dekabrın 3-də "Space FM" radio kanalının efirində yayımlanan "Radio diaqnoz" proqramında həkimə aid reklam zamanı onun nömrə bir olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və "Reklam haqqında" qanunun 6-cı maddəsinin tələbləri pozulub.

Beləliklə, "Dünya TV", "MTV" telekanallarının və "Space FM" radiosunun yayımı yanvarın 15-də saat 21:00-dan saat 24:00-dək üçsaatlıq müvəqqəti dayandırılacaq

Bundan başqa, iclasda keçən il dekabrın 25-də "Space TV" kanalında yayımlanan "Gəl, danış" proqramında aparıcının çıxışı da müzakirə olunub. Şura üzvlərinin ümumi fikrinə əsasən, yayım zamanı aparıcı tərəfindən mənşə ayrı-seçkiliyi təbliğ olunub və "Media haqqında" qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulub. "Space TV"yə bu istiqamətdə (ayrı-seçkiliyin təbliği hallarına yol verilməsi) keçən il ərzində xəbərdarlıq elan olunduğu nəzərə alınaraq bu dəfə kanalın yayımının 2026-cı il yanvarın 14-də saat 12:00-dan 15:00-dək üçsaatlıq dayandırılması barədə qərar qəbul olunub.

Bununla yanaşı, "Azercell Telekom" MMC-nin audiovizual media fəaliyyəti üçün lisenziyaların verilməsi ilə bağlı müraciətinə də baxılıb. Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura xidmət adı "Kinon" olmaqla "Azercell Telekom" MMC-yə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyalarının verilməsi haqqında müvafiq qərarlar qəbul edib.

Eyni zamanda, iclasda "Neftçi TV" kanalının fəaliyyəti müzakirə olunub. Bildirilib ki, peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasına uyğun olaraq son bir il ərzində birbaşa internet üzərindən davamlı yayım apara bilməyən kanalla bağlı Audiovizual Şura "Neftçi Media" MMC-yə bir neçə dəfə bildiriş verib, xəbərdarlıq edib. Nəticədə "Neftçi Media" MMC yayım apara bilmədiyi üçün lisenziyanın ləğvi məqsədilə Şuraya müraciət edib. Audiovizual Şura müraciəti nəzərə alaraq "Neftçi TV" kanalı üçün "Neftçi Media" MMC-yə verdiyi peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğv edib.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Dünyanın ən populyar avtomobili seçildi - TOP-10

09.01.2026

Bu sığorta növlərində müştərilərə heç bir ödəniş edilməyib

09.01.2026

30 illik səssizlik pozulur: Kompüter dünyasının əfsanə markası geri qayıdır

09.01.2026

Robert Kiyosaki zəngin olmaq üçün 4 gəlir növünü məsləhət görür

09.01.2026

"YouTube"da yeni hesab açanları gözləyən təhlükə: Hər 5 videodan biri…

09.01.2026

Azərbaycanda bu ölkələrdən gətirilən ətlər satılır - SİYAHI

09.01.2026

"OpenAI" "Convogo"nun komandasını satın alır

09.01.2026

Azərbaycanda bu dərmanlar apteklərdə pulsuz verilir - RƏSMİ

09.01.2026

Azərbaycanda şirkət "təzə göyərti"yə görə cərimələndi - 2 milyon borcu üzə çıxdı

09.01.2026

2025-ci ilin ən bəxtsiz turistləri açıqlandı - İlginc hadisələr

09.01.2026

Zara İbrahimzadə PAŞA Bankın Baş Direktoruna müşavir təyin olunub

09.01.2026

Bəzi abidələrin siyahısına dəyişiklik edildi

09.01.2026

Qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!

09.01.2026

Ən çox şikayət olunan internet provayderləri açıqlanıb

09.01.2026

ETX: "Telegram" və "WhatsApp" hesabları ilə bağlı araşdırmalar davam etdirilir

09.01.2026

“Microsoft” süni intellektin xərcini əməkdaşlara ödədir?

09.01.2026
Ən çox izlənilən "YouTube" videoları və onların gətirdiyi gəlir

Ən çox izlənilən "YouTube" videoları və onların gətirdiyi gəlir

09.01.2026

BP dünyada ilk dəfə "Xankəndi" gəmisi ilə Xəzərdəki sualtı quyulara xidmət göstərməyə başlayır

09.01.2026

Generalın müavini təqaüdə göndərildi - Yeni təyinat

09.01.2026

Tim Kuk ötən il 74,3 milyon dollar qazanıb

09.01.2026

Məzənnə

Yüklənir...