Redaktor
Yaxın Şərqdə risklərin bazarlara təsiri məlum oldu
Yaxın Şərqdə davam edən geosiyasi gərginlik qlobal maliyyə bazarlarında ciddi satış təzyiqi yaradıb. Son bir ay ərzində dünya bazarlarının ümumi dəyəri təxminən 14 trilyon dollar azalıb.
Valyuta.az xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı başladığı hücumlar və Tehranın cavab addımlarından sonra regional münaqişəyə çevrilən gərginlik artıq bir ayı geridə qoyub. Məlumatlara görə, 28 fevraldan bəri qlobal birjaların ümumi bazar dəyəri 157,5 trilyon dollardan 30 mart tarixinə 143,5 trilyon dollara düşüb. Beləliklə, bazarlarda təxminən 14 trilyon dollarlıq itki qeydə alınıb.
Bu itki Almaniya, Yaponiya, Böyük Britaniya və Fransa kimi inkişaf etmiş ölkələrin illik ÜDM göstəricilərini üstələyir.
Bu dövrdə ABŞ, Avropa və Asiyanın əsas fond indeksləri mənfi dinamika göstərib. Ən böyük eniş Cənubi Koreyada "Kospi" indeksində qeydə alınıb – 16,8 faiz.
Onu Yaponiyada "Nikkei 225" (–12%), Almaniyada "DAX 40" (–10,7%), Fransada "CAC 40" (–9,4%), İspaniyada "IBEX 35" (–7,6%), İtaliyada "FTSE MIB 30" və Böyük Britaniyada "FTSE 100" indeksləri izləyib. Çində "Şanxay kompozit" indeksi 6%, Honkonqda "Hang Seng" indeksi isə 7,4% azalıb.
ABŞ-da da ciddi itkilər müşahidə olunub: "S&P 500" 7,7%, "Nasdaq" 8,2%, "Dow Jones" isə 7,6% dəyər itirib. Eyni zamanda “qorxu indeksi” kimi tanınan VIX göstəricisi təxminən 46% artaraq 31,3 səviyyəsinə yüksəlib.
Münaqişə ilə bağlı ziddiyyətli açıqlamalar bazarlarda risklərin yüksək qalmasına səbəb olub. Neft qiymətlərinin artması inflyasiya narahatlıqlarını daha da gücləndirib.
Analitiklər hesab edir ki, enerji qiymətlərinin yüksəlməsi qlobal inflyasiya ilə mübarizəni çətinləşdirə bilər və bu, aparıcı mərkəzi bankların, xüsusilə ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul siyasətində yumşalma planlarını təxirə sala bilər.
Əvvəlki “yumşaq” gözləntilər yerini daha sərt (şahin) yanaşmalara verib. Bazarlarda FED-in bu il faiz dərəcələrini sabit saxlayacağı, hətta artıracağı ehtimalı nəzərə alınır.
Bu fonda qlobal istiqraz bazarlarında da satış təzyiqi artıb. ABŞ-ın 10 illik istiqraz gəlirliliyi 27 martda 4,4870%-ə çataraq 2025-ci ilin iyulundan bəri ən yüksək səviyyəni görüb.
Avropada enerji xərclərinin artması inflyasiya təzyiqlərini gücləndirib. Bu səbəbdən bazarlarda Avropa Mərkəzi Bankının ilin sonuna qədər üç dəfə faiz artıracağı ehtimalı qiymətləndirilir.
Nəticədə Almaniyanın 10 illik istiqraz faizi 3,09%-ə (2011-dən bəri maksimum), Fransada 3,83%-ə (2009-dan bəri maksimum), Böyük Britaniyada isə 4,99%-ə (2008-dən bəri maksimum) yüksəlib.
Yaponiyada inflyasiya təzyiqləri fonunda Mərkəzi Bankın (BoJ) aprel ayında faiz artıra biləcəyi ehtimalı 70% səviyyəsində qiymətləndirilir. Bu ölkədə 10 illik istiqraz gəlirliliyi 2,39%-ə çataraq 1999-cu ildən bəri ən yüksək səviyyəni görüb.
Çində isə fərqli vəziyyət müşahidə olunur: 10 illik istiqraz gəlirliliyi 1,80% səviyyəsində sabit qalıb. Analitiklər bunu deflyasiya riskləri səbəbindən Çin Mərkəzi Bankının sərt pul siyasətinə keçə bilməməsi ilə izah edir.
ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauell bildirib ki, Yaxın Şərqdəki hadisələr yanacaq qiymətlərinə təsir edir, lakin mövcud siyasət vəziyyəti izləmək üçün uyğundur. Onun sözlərinə görə, pul siyasəti daha çox tələbi tənzimləyir və təklif şoklarına qısa müddətdə ciddi təsir göstərmir. Enerji şoklarının adətən qısa müddətli olduğunu vurğulayan Pauell qeyd edib ki, pul siyasətinin təsiri gecikmə ilə hiss olunur.
Ekspertlər hesab edir ki, ABŞ–İran xəttində baş verən hadisələr və onların qlobal iqtisadiyyata təsiri aprel ayında da bazarların əsas gündəm mövzusu olaraq qalacaq.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektin gizli düşməni: Ofislərdə işsizlik qorxusu böyüyür
31.03.2026Ultra varlılara məxsus 6 lüks avtomobil
31.03.2026Yaxın Şərqdə risklərin bazarlara təsiri məlum oldu
31.03.2026Rusiya benzin ixracını dayandırır - Azərbaycana necə təsir edəcək?
31.03.2026Tibb müəssisələri üçün 4,8 milyon manatlıq vasitə alınacaq
31.03.2026Qızılda 17 ilin ən pis göstəricisi: İlin sonu vəziyyət necə olacaq?
31.03.2026Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - FOTO
31.03.2026Avtobusla rayonlara səfər edənlər sığorta olunacaqlar - AÇIQLAMA
31.03.2026Azərbaycana 70 min ədəd smartfon gətirilib - Ölkələr/Qiymətlər
31.03.2026Valideynlərə vacib xəbər: I sinfə qəbulda yeni QAYDA
31.03.2026"İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası" dəyişdi
31.03.2026Azərbaycana orta qiyməti 470 min manat olan elektrik avtobusları gətirilib
31.03.2026
Kredit təsdiqlənən sifariş ləğv edilərsə, kredit tarixçəsinə təsir edirmi?
31.03.2026Sabahdan bunu edənlər cərimələnəcək
31.03.2026Sərnişin daşımaq üçün icazə almaq sərtləşdirildi
31.03.2026"Əmək müqaviləsi olan işçilərin 55 faizi Bakı şəhəridə işləyir"
31.03.20261945-ci ilə aid fransız şərabı rekord qiymətə satılıb
31.03.2026