Redaktor
Kredit təsdiqlənən sifariş ləğv edilərsə, kredit tarixçəsinə təsir edirmi?
Müştəri onlayn mağazadan endirim kampaniyası zamanı məhsul sifariş edib, kredit təsdiqlənib və ilkin ödəniş qəbul olunub. Daha sonra satan tərəf “stok yoxdur” əsasını göstərərək sifarişi ləğv edib və ilkin ödənişi geri qaytarıb. Lakin vətəndaş həmin məhsulun daha yüksək qiymətlə yenidən satışa çıxarıldığını müşahidə edib.
Sifarişin satıcı tərəfindən ləğv edilməsi müştərinin kredit tarixçəsinə mənfi təsir göstərə bilərmi?
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Valyuta.az-a bildirib ki, əgər bu prosesdə bank və ya bank olmayan kredit təşkilatı iştirak etməyibsə, bu, kredit hesab edilmir: "Bu, nisyə alqı-satqıdır. Müqavilə bağlanılıbsa və ödəniş edilibsə, mağaza öz öhdəliyini icra etməlidir. Məhsul mövcud deyilsə belə, bu hal öhdəlikdən imtina üçün əsas sayılmır. Belə vəziyyətdə vətəndaş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə və ya məhkəməyə şikayət edə bilər. O, həmçinin malın müqavilədə göstərilən qiymətlə təqdim olunmasını tələb etmək hüququna malikdir. Eyni zamanda, bu halın müştərinin kredit tarixçəsinə hər hansı mənfi təsiri yoxdur".
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAvtobusla rayonlara səfər edənlər sığorta olunacaqlar - AÇIQLAMA
31.03.2026Azərbaycana 70 min ədəd smartfon gətirilib - Ölkələr/Qiymətlər
31.03.2026Valideynlərə vacib xəbər: I sinfə qəbulda yeni QAYDA
31.03.2026"İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası" dəyişdi
31.03.2026Azərbaycana orta qiyməti 470 min manat olan elektrik avtobusları gətirilib
31.03.2026
Kredit təsdiqlənən sifariş ləğv edilərsə, kredit tarixçəsinə təsir edirmi?
31.03.2026Sabahdan bunu edənlər cərimələnəcək
31.03.2026Sərnişin daşımaq üçün icazə almaq sərtləşdirildi
31.03.2026"Əmək müqaviləsi olan işçilərin 55 faizi Bakı şəhəridə işləyir"
31.03.20261945-ci ilə aid fransız şərabı rekord qiymətə satılıb
31.03.2026