Dövlət Agentliyinə direktor təyin olundu

Redaktor

31.03.2026 12:49
41

Dövlət Agentliyinə direktor təyin olundu - DOSYE

Fərid Baxşıyev Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru təyin edilib.

Valyuta.az "Apa"ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

F.Baxşıyev 1977-ci ildə anadan olub, Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə olunması üzrə bakalavr və biznes inzibatçılığı üzrə magistr təhsili alıb. Həmçinin, Böyük Britaniyanın Redinq Universitetində inkişafın maliyyələşdirilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

O, əmək fəaliyyətinə 1998-ci ildə Maliyyə Nazirliyində Xarici iqtisadi əlaqələr və xarici borcların idarə olunması departamentində baş iqtisadçı kimi başlayıb. Sonrakı illərdə Azərbaycanın Mərkəzi Bankının Beynəlxalq əlaqələr şöbəsinin direktoru, Dünya Bankında ölkə üzrə iqtisadçı, Azərbaycan Dəmir Yolları QSC-də İnvestisiya şöbəsinin rəisi, KPMG Azərbaycan və digər özəl  konsaltinq şirkətlərində rəhbər vəzifələrdə çalışıb.

Xatırladaq ki, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2025-ci il tarixli Fərmanı ilə yaradılıb, qurumun Əsasnaməsi təsdiq edilib.

Agentlik dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə illik gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirən və icra göstəricilərini təhlil edən, Maliyyə Nazirliyinin strukturuna daxil olan qurumdur.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sərnişin daşımaq üçün icazə almaq sərtləşdirildi

31.03.2026

"Əmək müqaviləsi olan işçilərin 55 faizi Bakı şəhəridə işləyir"

31.03.2026

1945-ci ilə aid fransız şərabı rekord qiymətə satılıb

31.03.2026
Avtomobil krediti hansında daha sərfəlidir?

Avtomobil krediti hansında daha sərfəlidir? - ABB, yoxsa Bank of Baku?

31.03.2026

2026-cı ildə köçmək üçün ödəniş edən 5 Avropa ölkəsi

31.03.2026

"Apple"ın rəhbərindən gözlənilməz xəbərdarlıq: Ekranı kənara qoyun, təbiətə çıxın

31.03.2026

"Instagram" ödənişli funksiyalar təqdim edəcək - QİYMƏT

31.03.2026

Aprelin ilk günündə 25 dərəcə isti olacaq

31.03.2026

Smartfonlarda meyarlar dəyişdi: Qiymətin yerini tək bir xüsusiyyət aldı

31.03.2026

Nazir 15 il rəis işləyən polkovniki işdən çıxardı - Yeni təyinat

31.03.2026

Bəzi şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək

31.03.2026

Dövlət Agentliyinə direktor təyin olundu - DOSYE

31.03.2026

Azərbaycanda yanacaq istehsalı azalıb - dizeldə düşüş daha kəskindir

31.03.2026

Əmək miqrasiyası üzrə sazişlər hazırlanacaq

31.03.2026

İş yerlərində ayrı-seçkilik və qısnamaya qarşı hüquqi baza gücləndirilə bilər

31.03.2026

CEO 250 milyon dollarlıq bonusa görə startapın təsisçilərini işdən çıxardı

31.03.2026

Azərbaycan bazarına yeni gələn xarici şirkət marketinqdə nələri nəzərə almalıdır?

31.03.2026

"Bitcoin" üçün müsbət dinamika - bahalaşır

31.03.2026

“Baku Steel Company”nin ixrac gəliri 1,3 milyon dollar artıb

31.03.2026
"Universiteti bitirdiyi il ixtisası üzrə ilk işinə başlayanlara sınaq müddəti qoyula bilməz"

"Universiteti bitirdiyi il ixtisası üzrə ilk işinə başlayanlara sınaq müddəti qoyula bilməz"

31.03.2026

Məzənnə

Yüklənir...