"Universiteti bitirdiyi il ixtisası üzrə ilk işinə başlayanlara sınaq müddəti qoyula bilməz"

Redaktor

31.03.2026 10:15
134

"Universiteti bitirdiyi il ixtisası üzrə ilk işinə başlayanlara sınaq müddəti qoyula bilməz"

Bəzi iş yerlərində işçini işə qəbul etməzdən əvvəl sınaq müddəti tətbiq olunur. Bu müddət bəzi hallarda 3 gün, bəzi hallarda 1 həftə, bəzən isə daha uzun olur. İş yerlərində sınaq müddətinin maksimum həddi nə qədər müəyyən edilib? Sınaq müddəti nəyə əsasən təyin edilir?

İnsan resursları üzrə menecer, əmək və sosial münasibətlər üzrə ekspert Leyla Əsədullayeva Valyuta.az-a bildirib ki, sınaq müddəti Əmək Məcəlləsində dəqiq şəkildə tənzimlənir və işəgötürənə bu hüquq verilir: "Sınaq müddətinin əsas məqsədi işçinin peşəkarlıq səviyyəsini, əmək funksiyalarını yerinə yetirmək bacarığını və tutduğu vəzifəyə uyğunluğunu yoxlamaqdır. İşəgötürən sınaq müddətini təyin edib-etməməkdə sərbəstdir. Bu, onun hüququdur və praktikada geniş tətbiq olunur”.

L.Əsədullayevanın sözlərinə görə, qanunvericiliyə əsasən sınaq müddətinin maksimal həddi 3 aydır və bu müddətdən artıq sınaq tətbiq edilə bilməz: "Sınaq müddəti konkret olaraq 3 gün, 1 həftə və ya digər müddətlərdə müəyyən edilə bilər, lakin bununla bağlı müəyyən şərtlər mövcuddur. Belə ki, 2 aya qədər müddətə bağlanan əmək müqavilələrində sınaq müddəti müəyyən edilmir. Əgər əmək müqaviləsi 2 aydan 6 aya qədər müddətə bağlanıbsa, bu halda sınaq müddəti maksimum 2 həftə, yəni 14 gündən çox ola bilməz. 6 aydan artıq müddətə bağlanan əmək müqavilələrində isə maksimum 3 ay sınaq müddəti tətbiq oluna bilər.

Ekspert əlavə edib ki, bəzi kateqoriyadan olan şəxslərə sınaq müddəti tətbiq edilmir: "Təhsil müəssisəsini yeni bitirərək ixtisası üzrə ilk iş yerinə qəbul olunan şəxslərə sınaq müddəti qoyulmur. Eyni zamanda, ödənişli seçkili vəzifələrə seçilmiş və ya müsabiqə yolu ilə işə qəbul olunmuş şəxslər də bu qaydadan istisnadır. Bundan əlavə, 18 yaşı tamam olmamış şəxslərə, hamilə qadınlara, 3 yaşına çatmamış uşağı olan qadınlara, eləcə də uşağını təkbaşına böyüdən kişi və qadınlara sınaq müddəti tətbiq edilmir".

L.Əsədullayeva vurğulayıb ki, sınaq müddəti yalnız işə qəbul zamanı müəyyən edilə bilər: "Sonradan əmək müqaviləsinə dəyişiklik edərək sınaq müddəti əlavə etmək mümkün deyil və bu, qanunvericiliyə ziddir".

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda əmək miqrasiyası üzrə sazişlər hazırlanacaq

31.03.2026

Azərbaycanda iş yerlərində ayrı-seçkilik və qısnamaya qarşı hüquqi baza gücləndirilə bilər

31.03.2026

CEO 250 milyon dollarlıq bonusa görə startapın təsisçilərini işdən çıxartdı

31.03.2026

Azərbaycan bazarına yeni gələn xarici şirkət marketinqdə nələri nəzərə almalıdır?

31.03.2026

"Bitcoin" üçün müsbət dinamika - bahalaşır

31.03.2026

“Baku Steel Company”nin ixrac gəliri 1,3 milyon dollar artıb

31.03.2026
"Universiteti bitirdiyi il ixtisası üzrə ilk işinə başlayanlara sınaq müddəti qoyula bilməz"

"Universiteti bitirdiyi il ixtisası üzrə ilk işinə başlayanlara sınaq müddəti qoyula bilməz"

31.03.2026

Daha bir rayonda kütləvi ixtisar - 46 nəfər işsiz qaldı

31.03.2026

Sumqayıtda 1242 mənzilli yarımçıq tikili hərraca çıxarılır - QİYMƏTLƏR

31.03.2026

Azərbaycan neftinin qiyməti rekord qırdı - 128 dolları keçdi

31.03.2026

ABŞ-də benzinin qiyməti son dörd ildə ilk dəfə 4 dolları keçib

31.03.2026

Türk lirəsi dəyər itirir

31.03.2026

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır - “Global Terrorism Index 2026” açıqlandı

31.03.2026

Azərbaycanda hansı nəqliyyat vasitələri daha çox istehsal olunub?

31.03.2026

İnvestor cəlb etmədən milyardlıq biznes qurdu - SƏHƏR OXUSU

31.03.2026

​Jeff Bezos-un riskləri şişirtmək və imkanları kiçiltməkdən yayınmağının 4 yolu

30.03.2026

Şokolad idxalının həcmi 37%-dən çox azaldı

30.03.2026

Çay ixracından ölkəyə daxil olan valyuta 56 min dollar artıb

30.03.2026

Pulun gələcəyi necə olacaq? – Ekspertlərdən yeni proqnozlar

30.03.2026

Kulevidəki NEZ Azərbaycan üzərindən Rusiya neftindən tam imtina etmək niyyətindədir

30.03.2026

Məzənnə

Yüklənir...