Redaktor
CEO 250 milyon dollarlıq bonusa görə startapın təsisçilərini işdən çıxardı
Cənubi Koreyanın “KRAFTON” şirkətinin baş direktoru Çanqan Kim bahalı satınalma razılaşmasının şərtlərini dəyişmək üçün hüquqşünaslara deyil, “ChatGPT”yə müraciət edib. Bu addım Delaver ştatının məhkəməsində araşdırılıb və nəticədə şirkətə qəbul etdiyi qərarları geri qaytarmaq tapşırılıb.
Valyuta.az xəbər verir ki, məhkəmə Kimin 250 milyon dollarlıq əlavə bonus ödənişindən yayınmaq üçün “Unknown Worlds Entertainment” studiyasının baş direktoru Ted Gilli vəzifədən uzaqlaşdırmaq planını süni intellekt vasitəsilə hazırladığını müəyyən edib.
Studiya “Subnautica” adlı sualtı sağqalma oyunu ilə tanınır. 2021-ci ildə “KRAFTON” “Unknown Worlds Entertainment”i 500 milyon dollara satın alıb. Müqaviləyə əsasən, studiya müstəqil qalmalı idi və rəhbərlik yalnız “əsaslı səbəb” olduqda dəyişdirilə bilərdi. Eyni zamanda, “Subnautica 2” oyunu müəyyən satış göstəricilərinə çatacağı halda, studiya rəhbərliyinə əlavə 250 milyon dollar bonus ödənilməsi nəzərdə tutulurdu.
Şirkət daxilində aparılan proqnozlar oyunun bu satış həddinə çatacağını göstərdikdən sonra bonus ödənişi qaçılmaz görünməyə başlayıb. Bundan sonra Kim razılaşmanı “çox yumşaq” hesab edərək hüquq komandasını prosesdən kənarlaşdırıb və “ChatGPT”dən çıxış yolu barədə plan istəyib.
Nəticədə “Project X” adlandırılan strategiya hazırlanıb. Bu planın mahiyyəti belə idi: əvvəlcə bonus şərtlərini yenidən müzakirə etmək, bu mümkün olmazsa, studiya üzərində nəzarəti artırmaq və rəhbərliyi dəyişmək. Eyni zamanda, oyunun yayım hüquqları və texniki inkişafı üzərində nəzarətin “KRAFTON”a keçirilməsi kimi addımlar nəzərdə tutulurdu. Plan həmçinin münaqişəni maliyyə məsələsi kimi deyil, “oyunun keyfiyyəti və azarkeş maraqları” kimi təqdim etməyi tövsiyə edirdi.
Şirkət daxilində bəzi rəhbərlər bu yanaşmanın hüquqi və reputasiya baxımından riskli olduğunu bildirsə də, plan icra olunub və studiyanın rəhbərləri – Ted Gill, eləcə də həmtəsisçilər Çarli Klivlend (Charlie Cleveland) və Maks MakQvayr (Max McGuire) vəzifədən uzaqlaşdırılıblar.
Delaver məhkəməsi bu addımları qanunsuz hesab edib. Hakim Lori Vill qərarında vurğulayıb ki, şirkət rəhbərliyi belə qərarları qəbul edərkən müstəqil insan mühakiməsinə əsaslanmalı, bu məsuliyyəti tam şəkildə süni intellektə ötürməməlidir. Qərara əsasən, Ted Gill yenidən baş direktor vəzifəsinə qaytarılmalıdır və ona digər həmtəsisçiləri də vəzifələrinə bərpa etmək səlahiyyəti verilib. Bundan əlavə, bonus ödənişi ilə bağlı müddət yaranmış gecikmələr nəzərə alınaraq uzadılıb.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"SpaceX" birjaya çıxır: Tarixdə ən böyüyü ola bilər
02.04.2026Sabah Bakıda 21, rayonlarda 26 dərəcə isti olacaq
02.04.2026Azərbaycanlının startapı 100 min dollar investisiya alıb
02.04.2026İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib
02.04.2026Kamil Babayevə “City Finance" BOKT-da vəzifə verildi
02.04.2026Azərbaycanda vakansiyaların yarıdan çoxu 4 sahədə cəmləşib
02.04.2026Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın ®
02.04.2026İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
02.04.2026Mərkəzi Bank bu il üzrə inflyasiya proqnozunu artıra bilər
02.04.2026Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR verdi
02.04.2026"Aqrarkredit"in əmlakları 10% endirimlə satışa çıxarılır - QİYMƏTLƏR
02.04.2026Abas Miskərli icraçı direktor təyin edildi
02.04.2026
Bir səhmin perspektivli olub-olmadığını necə müəyyən etmək olar?
02.04.2026Forbes: Mart ayı dünyanın ən zəngin şəxsləri üçün uğurlu olmadı - SİYAHI
02.04.2026Azərbaycan nefti ucuzlaşdı - Son qiymət
02.04.2026Onlar bundan sonra evdən işləyəcəklər
02.04.2026