Onlar bundan sonra evdən işləyəcəklər

Redaktor

02.04.2026 09:39
72

Onlar bundan sonra evdən işləyəcəklər

Malayziya hökuməti qlobal enerji bazarındakı gərginlik fonunda yeni qənaət tədbirləri elan edib.

Valyuta.az Milli.az-a istinadən xəbər verir ki, bu barədə "Free Malaysia Today" məlumat yayıb.

Bildirilib ki, Yaxın Şərqdə artan gərginliyin yanacaq təchizatına təsirindən sonra dövlət qurumlarında çalışan işçilərin uzaqdan iş rejiminə keçəcəyi açıqlanıb.

Məlumata görə, Baş nazir Ənvər İbrahim bildirib ki, nazirliklər və dövlət şirkətləri də daxil olmaqla, dövlət sektorunda çalışan əməkdaşlar 15 aprel tarixindən etibarən məsafədən işləyəcəklər.

Onun sözlərinə görə, bu addımın əsas məqsədi yanacaq istehlakını azaltmaq və ölkənin enerji təchizatının davamlı təhlükəsizliyini təmin etməkdir. İş rejiminin detalları ilə bağlı əlavə məlumatın yaxın günlərdə açıqlanacağı qeyd olunub.

Baş nazir həmçinin vurğulayıb ki, hökumət enerji təhlükəsizliyini gücləndirmək üçün neft və qaz idxal mənbələrinin şaxələndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Ənvər İbrahim əlavə edib ki, artan neft qiymətlərinin təsirini azaltmaq üçün dövlət hər ay təxminən 993 milyon dollar xərcləyir və bu, ölkə üçün ciddi maliyyə yükü yaradır.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Aqrarkredit"in əmlakları 10% endirimlə satışa çıxarılır - QİYMƏTLƏR

02.04.2026

Abas Miskərli icraçı direktor təyin edildi

02.04.2026

Bir səhmin perspektivli olub-olmadığını necə müəyyən etmək olar?

02.04.2026

Forbes: Dünyanın ən zəngin 10 nəfərinin sərvəti bir ayda 100 milyard dollardan çox azalıb - SİYAHI

02.04.2026

Azərbaycan nefti ucuzlaşdı - Son qiymət

02.04.2026

Onlar bundan sonra evdən işləyəcəklər

02.04.2026
"Meqa Sığorta"nın zərərliliyi artdı - Yığımlarda azalma

"Meqa Sığorta"nın zərərliliyi artdı - Yığımlarda azalma

02.04.2026

Avro ucuzlaşıb

02.04.2026

İşdən çıxarıldıqdan sonra öz onlayn biznesini qurdu - SƏHƏR OXUSU

02.04.2026

Fitness və sağlamlıq izləmə cihazları istehsal edən şirkətin dəyəri 10 milyardı keçdi

01.04.2026

"Politco": Ağ Ev neftin 200 dollara qədər bahalaşmasını istisna etmir

01.04.2026

Avropa COVID-19 pandemiyası ilə müqayisə edilə bilən iqtisadi şoka hazırlaşır

01.04.2026

"TotalEnergies" Hörmüzün bağlanmasından sonra 1 milyard dollar qazanıb

01.04.2026

Sıfırdan başlayaraq sərvət qurmağın 7 üsulu

01.04.2026

Portuqaliya Azərbaycanda səfirlik açmaq barədə qərar verib

01.04.2026

Enerji böhranı: Avropa Komissiyası vətəndaşları evdən işləməyə çağırır

01.04.2026

Özbəkistanın Baş naziri Azərbaycana səfərə gəlib

01.04.2026

Çin Avropada 1 milyard avroluq günəş paneli layihəsinə başlayır

01.04.2026

Çin Afrikanın ən böyük yataqlarından birindən 200 min ton filiz aldı

01.04.2026

Süni intellekt çılğınlığı indi də yaddaş kartlarını vurdu

01.04.2026

Məzənnə

Yüklənir...