Redaktor
Abas Miskərli icraçı direktor təyin edildi
“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinə yeni icraçı direktor təyin olunub.
ASA-dan Valyuta.az-a verilən məlumata görə, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyində Təsisçilərin Ümumi Yığıncağının 2025-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib.
İclasın gündəliyində duran məsələlərdən biri Birliyin icraçı direktorunun səlahiyyət müddəti ilə bağlı olub. Belə ki, Elmar Mirsalayevin icraçı direktor olaraq səlahiyyət müddəti sona çatdığı üçün səsvermə keçirilib və Abas Miskərli ASA-nın yeni icraçı direktoru seçilib.
Qeyd edək ki, A.Miskərli 1989-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr, Qərb Universitetində isə magistr təhsili alıb. 2012-ci ildə İngiltərənin Beynəlxalq Çarter Sığorta Universitetində təhsilini davam edərək, 2016 ildə “Dip.CII” dərəcəsini alıb. Habelə dünyaca nüfuzlu Kembric Universitetində maliyyə üzrə magistr təhsili alıb. 20 ilə yaxın peşəkar sığortaçı təcrübəsinə malik olan A.Miskərli əmək fəaliyyəti müddəti ərzində müxtəlif sığorta şirkətlərində rəhbər vəzifələrdə çalışıb.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib
02.04.2026Kamil Babayevə “City Finance" BOKT-da vəzifə verildi
02.04.2026Azərbaycanda vakansiyaların yarıdan çoxu 4 sahədə cəmləşib
02.04.2026Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın ®
02.04.2026İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
02.04.2026Mərkəzi Bank bu il üzrə inflyasiya proqnozunu artıra bilər
02.04.2026Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR verdi
02.04.2026"Aqrarkredit"in əmlakları 10% endirimlə satışa çıxarılır - QİYMƏTLƏR
02.04.2026Abas Miskərli icraçı direktor təyin edildi
02.04.2026
Bir səhmin perspektivli olub-olmadığını necə müəyyən etmək olar?
02.04.2026Forbes: Mart ayı dünyanın ən zəngin şəxsləri üçün uğurlu olmadı - SİYAHI
02.04.2026Azərbaycan nefti ucuzlaşdı - Son qiymət
02.04.2026Onlar bundan sonra evdən işləyəcəklər
02.04.2026