Redaktor
"Meqa Sığorta"nın zərərliliyi artdı - Yığımlarda azalma
Cari ilin yanvar-fevral aylarında “Meqa Sığorta” ASC-nin sığorta yığımlarında azalma müşahidə olunub.
“Valyuta.az” xəbər verir ki, hesabat dövründə şirkət 5 milyon 285 min manat sığorta haqqı toplayıb.
Ötən ilin eyni dövründə isə bu göstərici 5 milyon 335 min manat təşkil edib.
Bu, illik müqayisədə yığımların 50 min manat və ya 0,93% azalması deməkdir.
“Meqa Sığorta” ASC-nin ödənişlərinə gəldikdə isə, şirkət cari ilin ilk iki ayında 2 milyon 560 min manat sığorta ödənişi həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 300 min manat və ya 13,27% artım deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında şirkətin sığorta ödənişləri 2 milyon 260 min manat olub.
Beləliklə, yığımların azalması fonunda ödənişlərin artması şirkətin zərərliliyinin yüksəlməsinə səbəb olub.
Qeyd edək ki, cari ilin ilk iki ayında şirkət hər 100 manat yığıma qarşılıq 48,48 manat ödəniş etdiyi halda, ötən ilin eyni dövründə bu göstərici 42,36 manat təşkil edib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAbas Miskərli icraçı direktor təyin edildi
02.04.2026Bir səhmin perspektivli olub-olmadığını necə müəyyən etmək olar?
02.04.2026Forbes: Dünyanın ən zəngin 10 nəfərinin sərvəti bir ayda 100 milyard dollardan çox azalıb - SİYAHI
02.04.2026Azərbaycan nefti ucuzlaşdı - Son qiymət
02.04.2026Onlar bundan sonra evdən işləyəcəklər
02.04.2026