Çin Afrikanın ən böyük yataqlarından birindən 200 min ton filiz aldı

Redaktor

01.04.2026 18:11
70

Çin Afrikanın ən böyük yataqlarından birindən 200 min ton filiz aldı

Çin Qvineyadakı Simandou yatağından 200 min ton həcmində dəmir filizinin ilk tam partiyasını qəbul edib. 

Valyutaı.az xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.

“RTM Cartier” adlı gəmi Dalian limanına yan alaraq Afrika qitəsinin tarixində ən böyük dağ-mədən layihəsinin işə salınmasını simvolizə edib.

Mövcud məlumata görə, tədarük Qvineya hökuməti, “Rio Tinto” və Çin tərəfdaşlarının birgə müəssisəsi olan “SimFer” tərəfindən hasil edilən yüksək keyfiyyətli filizdən ibarət olub.

Simandou dəmir filizi hasilatı layihəsinin dəyəri 23 milyard dollar olaraq qiymətləndirilir və bu təşəbbüs Afrikanın tarixində ən böyük dağ-mədən layihəsi hesab olunur.

Layihə “nəsillərin iqtisadi fürsəti” adlandırılır. “Bloomberg”in yazdığına görə, onun həyata keçirilməsi onilliklər boyu davam edən siyasi qeyri-sabitlik, uzunmüddətli məhkəmə çəkişmələri və mülkiyyət hüquqları ilə bağlı kəskin mübahisələrlə müşayiət olunub.

Yataq ilk dəfə 1950-ci illərdə Fransanın müstəmləkə idarəçiliyi dövründə araşdırılıb, lakin onun həqiqi miqyası yalnız 1990-cı illərdə aydınlaşıb. Həmin dövrdə “Rio Tinto” şirkətinin geoloqları böyük həcmdə yüksək keyfiyyətli dəmir filizi ehtiyatlarını rəsmi şəkildə təsdiqləyiblər.

Hazırda əldə edilən filiz artıq Daliandakı ixtisaslaşmış kompleksdə emal olunur.

Pekin üçün bu yatağa çıxış təsadüfi deyil. Bildirilir ki, Çin şirkətləri dəmir yolu və limanlar kimi infrastrukturun maliyyələşdirilməsində əsas rol oynayıb. Bu isə Çinə Avstraliya və Braziliya kimi təchizatçılardan asılılığı azaltmağa imkan verir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"TotalEnergies" Hörmüzün bağlanmasından sonra 1 milyard dollar qazanıb

01.04.2026

Sıfırdan başlayaraq sərvət qurmağın 7 Üsulu

01.04.2026

Portuqaliya Azərbaycanda səfirlik açmaq barədə qərar verib

01.04.2026

Enerji böhranı: Avropa Komissiyası vətəndaşları evdən işləməyə çağırır

01.04.2026

Özbəkistanın Baş naziri Azərbaycana səfərə gəlib

01.04.2026

Çin Avropada 1 milyard avroluq günəş paneli layihəsinə başlayır

01.04.2026

Çin Afrikanın ən böyük yataqlarından birindən 200 min ton filiz aldı

01.04.2026

Süni intellekt çılğınlığı indi də yaddaş kartlarını vurdu

01.04.2026

BMU-nun təmsil olunduğu komanda Cenevrədə qızıl və bürünc medala layiq görülüb

01.04.2026

AQTA-nın sektor müdiri işdən çıxarıldı - FOTO

01.04.2026

"Unilever" və "McCormick" 65 milyard dollarlıq qida nəhəngi yaradacaq

01.04.2026

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

01.04.2026

Azərbaycan bu ölkədən kilosu 11,9 manatdan krevet alıb

01.04.2026
Sığorta şirkətlərinin müştərilərinə etdikləri ödənişlər məlum oldu

Sığorta şirkətlərinin müştərilərinə etdikləri ödənişlər məlum oldu - RENKİNQ

01.04.2026

"Nike"ın bərpa planı gecikir, səhmlər kəskin ucuzlaşıb

01.04.2026

Nadir İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi - FOTOLAR

01.04.2026

Azərbaycanda avtomobil icarəsi ilə bağlı yeni qaydalar hazırlanır

01.04.2026

Bakıda məktəbdə tədris dayandırıldı - SƏBƏB

01.04.2026
Vəsiyyətnamədə adı olmayan kimlər miras ala bilər?

Vəsiyyətnamədə adı olmayan kimlər miras ala bilər? - Vəkil açıqladı

01.04.2026

“Qala Sığorta” ASC-nin yığımları 55,5% azalıb

01.04.2026

Məzənnə

Yüklənir...