Redaktor
Bəzi şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Prezidentinin təqaüdü təsis edilib.
Valyuta.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmanla təqaüdün aylıq məbləği 700 manat müəyyən edilib.
Prezident təqaüdü minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənin aşağıda göstərilən ailə üzvlərinə (təqaüd məbləği onların sayına uyğun bərabər hissələrə bölünməklə) ödəniləcək:
- dul arvadına (ərinə), valideynlərinə;
- 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrində təhsil alanlara isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına;
- birinci növbədən digər qohumları olmayan baba və nənələrinə;
Təqaüd dövlət büdcəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödəniləcək.
Azərbaycan Prezidentinin təqaüdü bu Fərman qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə də şamil edilir və bu Fərman qüvvəyə mindiyi tarixdən sonrakı dövr üçün ödəniləcək.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSərnişin daşımaq üçün icazə almaq sərtləşdirildi
31.03.2026"Əmək müqaviləsi olan işçilərin 55 faizi Bakı şəhəridə işləyir"
31.03.20261945-ci ilə aid fransız şərabı rekord qiymətə satılıb
31.03.2026
Avtomobil krediti hansında daha sərfəlidir? - ABB, yoxsa Bank of Baku?
31.03.20262026-cı ildə köçmək üçün ödəniş edən 5 Avropa ölkəsi
31.03.2026"Apple"ın rəhbərindən gözlənilməz xəbərdarlıq: Ekranı kənara qoyun, təbiətə çıxın
31.03.2026"Instagram" ödənişli funksiyalar təqdim edəcək - QİYMƏT
31.03.2026Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31.03.2026Smartfonlarda meyarlar dəyişdi: Qiymətin yerini tək bir xüsusiyyət aldı
31.03.2026Nazir 15 il rəis işləyən polkovniki işdən çıxardı - Yeni təyinat
31.03.2026Bəzi şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31.03.2026Dövlət Agentliyinə direktor təyin olundu - DOSYE
31.03.2026Azərbaycanda yanacaq istehsalı azalıb - dizeldə düşüş daha kəskindir
31.03.2026Əmək miqrasiyası üzrə sazişlər hazırlanacaq
31.03.2026İş yerlərində ayrı-seçkilik və qısnamaya qarşı hüquqi baza gücləndirilə bilər
31.03.2026CEO 250 milyon dollarlıq bonusa görə startapın təsisçilərini işdən çıxardı
31.03.2026Azərbaycan bazarına yeni gələn xarici şirkət marketinqdə nələri nəzərə almalıdır?
31.03.2026"Bitcoin" üçün müsbət dinamika - bahalaşır
31.03.2026“Baku Steel Company”nin ixrac gəliri 1,3 milyon dollar artıb
31.03.2026