Smartfonlarda meyarlar dəyişdi: Qiymətin yerini tək bir xüsusiyyət aldı

Redaktor

31.03.2026 13:00
28

Smartfonlarda meyarlar dəyişdi: Qiymətin yerini tək bir xüsusiyyət aldı

Smartfon bazarında illərdir davam edən iOS və Android rəqabətində balans dəyişməyə başlayır. Bu günə qədər istehlakçı seçimlərinə ən çox təsir edən əsas meyar qiymət olduğu halda, son məlumatlar bu prioritetin yerini başqa bir xüsusiyyətin aldığını göstərir.

Valyuta.az xəbər verir ki, "Allstate Protection Plans" tərəfindən aparılan geniş istehlakçı sorğusu texnologiya dünyasında yeni mərhələnin başlandığını göstərir. Artıq istifadəçilər yeni telefon alarkən qiymət etiketindən çox cihazın bir şarjla nə qədər müddət işləyə bildiyinə diqqət yetirir. Batareya ömrü tarixdə ilk dəfə qiyməti geridə qoyaraq alış qərarına təsir edən əsas amilə çevrilib.

Son dövrlərdə texnologiya gündəmində geniş yer tutan süni intellekt mövzusu isə son istifadəçilərin prioritet siyahısında hələlik ön sıralara yüksələ bilməyib. İstehlakçılar yaddaş həcmi, kamera keyfiyyəti və ekran ölçüsü kimi konkret xüsusiyyətlərə üstünlük verərkən, şirkətlərin böyük investisiya qoyduğu süni intellekt funksiyaları hələ gözlənilən marağı qazanmır. 

İqtisadi şəraitin təsiri ilə insanlar hər il telefon dəyişmək əvəzinə, mövcud cihazlarını mümkün qədər uzun müddət istifadə etməyə üstünlük verir. Sorğuda iştirak edənlərin 21 faizi telefonunu sıradan çıxana qədər dəyişməyi düşünmür, böyük bir hissə isə eyni cihazdan 2–4 il istifadə edir. Bu mənzərə hər yeni model ilə satış rekordlarının qırıldığı dövrün tədricən geridə qaldığını göstərir.

İstifadəçilərin bu “dayanıqlılıq” gözləntisi "Apple" və "Samsung" kimi bazar liderləri üçün ciddi sınaq deməkdir. Çinli rəqiblər artıq silikon-karbon batareya texnologiyasına keçid etdiyi halda, bu iki nəhəng hələ də ənənəvi yanaşmalardan istifadə edir. "Samsung"un son flaqman modeli "Galaxy S26 Ultra" və "Apple"ın "iPhone 17 Pro Max" modeli təxminən 5000 mAh batareya tutumu ilə standart performans təqdim edir. Buna qarşılıq "Oppo" və "OnePlus" kimi markalar 7500 mAh səviyyəsinə çataraq bir şarjla üç günə qədər istifadə imkanı vəd edir. Bu böyük fərq rəqabətin istiqamətini enerji səmərəliliyinə yönəldib.

"Samsung" rəsmiləri bu sahədə rəqiblərindən bir qədər geri qaldıqlarını qəbul etsələr də, silikon-karbon texnologiyası üzərində intensiv iş apardıqlarını bildirirlər. Lakin yeni nəsil batareyaların şirkətin ciddi təhlükəsizlik və təsdiqləmə standartlarından keçməsi vaxt tələb edir. Gözləntilər özünü doğruldarsa, növbəti model olan "Galaxy S27 Ultra"da bu köklü dəyişiklik müşahidə oluna bilər.

Artıq istehlakçıların diqqəti parlaq proqram təminatından daha çox elektrik şəbəkəsindən asılılığı azaldan həllərə yönəlib. Görünən odur ki, yaxın illərdə smartfonların uğurunu onların sürəti deyil, nə qədər uzun müddət işləməsi müəyyən edəcək.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sərnişin daşımaq üçün icazə almaq sərtləşdirildi

31.03.2026

"Əmək müqaviləsi olan işçilərin 55 faizi Bakı şəhəridə işləyir"

31.03.2026

1945-ci ilə aid fransız şərabı rekord qiymətə satılıb

31.03.2026
Avtomobil krediti hansında daha sərfəlidir?

Avtomobil krediti hansında daha sərfəlidir? - ABB, yoxsa Bank of Baku?

31.03.2026

2026-cı ildə köçmək üçün ödəniş edən 5 Avropa ölkəsi

31.03.2026

"Apple"ın rəhbərindən gözlənilməz xəbərdarlıq: Ekranı kənara qoyun, təbiətə çıxın

31.03.2026

"Instagram" ödənişli funksiyalar təqdim edəcək - QİYMƏT

31.03.2026

Aprelin ilk günündə 25 dərəcə isti olacaq

31.03.2026

Smartfonlarda meyarlar dəyişdi: Qiymətin yerini tək bir xüsusiyyət aldı

31.03.2026

Nazir 15 il rəis işləyən polkovniki işdən çıxardı - Yeni təyinat

31.03.2026

Bəzi şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək

31.03.2026

Dövlət Agentliyinə direktor təyin olundu - DOSYE

31.03.2026

Azərbaycanda yanacaq istehsalı azalıb - dizeldə düşüş daha kəskindir

31.03.2026

Əmək miqrasiyası üzrə sazişlər hazırlanacaq

31.03.2026

İş yerlərində ayrı-seçkilik və qısnamaya qarşı hüquqi baza gücləndirilə bilər

31.03.2026

CEO 250 milyon dollarlıq bonusa görə startapın təsisçilərini işdən çıxardı

31.03.2026

Azərbaycan bazarına yeni gələn xarici şirkət marketinqdə nələri nəzərə almalıdır?

31.03.2026

"Bitcoin" üçün müsbət dinamika - bahalaşır

31.03.2026

“Baku Steel Company”nin ixrac gəliri 1,3 milyon dollar artıb

31.03.2026
"Universiteti bitirdiyi il ixtisası üzrə ilk işinə başlayanlara sınaq müddəti qoyula bilməz"

"Universiteti bitirdiyi il ixtisası üzrə ilk işinə başlayanlara sınaq müddəti qoyula bilməz"

31.03.2026

Məzənnə

Yüklənir...