Redaktor
1945-ci ilə aid fransız şərabı rekord qiymətə satılıb
1945-ci ilə aid nadir fransız şərabı hərracda rekord qiymətə satılaraq yeni tarixi göstərici müəyyən edib.
Valyuta.az xəbər verir ki, "Acker Wines" tərəfindən keçirilən hərracda “Domaine de la Romanée-Conti” markalı şərab şüşəsi 812 500 ABŞ dollarına alıcı tapıb.
Məlumata görə, bu şərabdan cəmi təxminən 600 ədəd istehsal olunub və kolleksiyaçılar arasında ən arzuolunan nümunələrdən biri hesab olunur. Qeyd edək ki, əvvəlki rekord da eyni markaya məxsus olub - 2018-ci ildə həmin şərab 558 min dollara satılmışdı. Beləliklə, yeni satış əvvəlki rekorddan təxminən 50% yüksək nəticə göstərib.
Qeyd edək ki, Fransanın Burqundiya bölgəsində yerləşən “Domaine de la Romanée-Conti” dünyanın ən bahalı və prestijli şərab istehsalçılarından biri hesab olunur.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası" dəyişdi
31.03.2026Azərbaycana orta qiyməti 470 min manat olan elektrik avtobusları gətirilib
31.03.2026
Kredit təsdiqlənən sifariş ləğv edilərsə, kredit tarixçəsinə təsir edirmi?
31.03.2026Sabahdan bunu edənlər cərimələnəcək
31.03.2026Sərnişin daşımaq üçün icazə almaq sərtləşdirildi
31.03.2026"Əmək müqaviləsi olan işçilərin 55 faizi Bakı şəhəridə işləyir"
31.03.20261945-ci ilə aid fransız şərabı rekord qiymətə satılıb
31.03.2026