Redaktor
Ultra varlılara məxsus 6 lüks avtomobil
Ən bahalı avtomobillərin siyahısı dərc olunub. 318,000 dollarlıq "McLaren 750S" modelindən 4.6 milyon dollarlıq "Bugatti Tourbillon"a qədər uzanan bu siyahı adi avtomobil həvəskarları üçün xəyal kimi görünsə də, multimilyonçular və milyarderlər üçün bu sadəcə növbəti avtomobil kataloqudur.
Avtomobil seçimində ultra varlılar nadir, məhdud sayda istehsal olunan və tamamilə unikal sifarişlə hazırlanmış modellərə üstünlük verirlər. Budur, ən varlı şəxslərə məxsus ən qeyri-adi avtomobillərdən bəziləri:
Lari ellisonun "McLaren F1" modeli
Dəyəri: 23 milyon dollar
1992-ci ildə istehsal olunan bu model superavtomobillərin gələcəyinə yol açıb. Britaniyalı aktyor Rovan Atkinson, modelyer Ralf Loren və musiqiçi Erik Klepton kimi məşhurların da sahib olduğu bu avtomobil olduqca məşhurdur. Lari Ellison isə “Şassi nömrə 62”nin ilk dörd sahibindən biri olub və bu avtomobil 2025-ci ildə Monterrey Avtomobil Həftəsində 23 milyon dollara hərraca çıxarılıb.
Kristiano ronaldo "Bugatti Centodieci" modeli
Dəyəri: 9 milyon dollar
Kriştiano Ronaldo dünyada cəmi 10 ədəd istehsal olunan bu eksklüziv hiperavtomobilin sahibidir. 8.0 litrlik W16 dörd turbomühərrikə malik bu avtomobil 1,600 at gücü hasil edir, 0-dan 100 km/s sürətə 2.4 saniyəyə çatır və maksimal sürəti 380 km/s təşkil edir.
Bruney sultanının "Rolls Royce Silver Spur II" modeli
Dəyəri: 14 milyon dollar
Sultan Hassanal Bolkiaxın 5 milyard dollardan çox dəyərə malik 7,000 avtomobili var. Onun kolleksiyasına prototiplər, xüsusi sifarişlə hazırlanan modellər və nadir avtomobillər daxildir. Bu kolleksiyadakı ən diqqətçəkən avtomobillərdən biri 24 karat qızıl örtüklü "Silver Spur II" modelidir. Bu avtomobil sultanın toy mərasimi üçün hazırlanıb və xüsusi oturacaq bölməsi kimi unikal xüsusiyyətlərə malikdir.
Cey lenonun "Duesenberg Walker Coupe" modeli
Dəyəri: 20 milyon dollar
Komediya ustası Cey Leno dünyanın ən məşhur avtomobil kolleksiyaçılarından biridir. Onun qarajında "Bugatti", "Lamborghini" və "McLaren" kimi markalara aid nadir avtomobillər var. 1934-cü ilə aid "Duesenberg Walker Coupe" modeli isə dünyada yeganədir və lüksün simvolu hesab olunur.
Horasio paqaninin "Zonda HP Barchetta" modeli
Dəyəri: 17 milyon dollar
Cəmi üç ədəd istehsal olunan "Zonda" modelindən biri istehsalçının özü — Horasio Paqani tərəfindən saxlanılıb. Bu avtomobil 7.3 litrlik V12 mühərrikə malikdir və təxminən 790 at gücü hasil edir. Damı olmayan dizaynı və karbon lifli xüsusi materialları ilə seçilir.
İlon maskın "Lotus Esprit" modeli
Dəyəri: 1 milyon dollar
Bu avtomobil klassik lüks zirvəsi sayılmasa da, özünəməxsus dəyərə malikdir. İlon Mask 1977-ci il "James Bond" filmi “The Spy Who Loved Me”də istifadə olunan bu məşhur avtomobili 2013-cü ildə alıb. O, avtomobili elektrik mühərriki ilə yeniləməyi planlaşdırsa da, hazırda o, daha çox kino rekviziti kimi qalır.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDəmirin gücü litiuma qarşı: Dünyanın ən böyük "paslı batareya" layihəsi gəlir
31.03.2026Süni intellektin gizli düşməni: Ofislərdə işsizlik qorxusu böyüyür
31.03.2026Ultra varlılara məxsus 6 lüks avtomobil
31.03.2026Yaxın Şərqdə risklərin bazarlara təsiri məlum oldu
31.03.2026Rusiya benzin ixracını dayandırır - Azərbaycana necə təsir edəcək?
31.03.2026Tibb müəssisələri üçün 4,8 milyon manatlıq vasitə alınacaq
31.03.2026Qızılda 17 ilin ən pis göstəricisi: İlin sonu vəziyyət necə olacaq?
31.03.2026Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - FOTO
31.03.2026Avtobusla rayonlara səfər edənlər sığorta olunacaqlar - AÇIQLAMA
31.03.2026Azərbaycana 70 min ədəd smartfon gətirilib - Ölkələr/Qiymətlər
31.03.2026Valideynlərə vacib xəbər: I sinfə qəbulda yeni QAYDA
31.03.2026"İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası" dəyişdi
31.03.2026Azərbaycana orta qiyməti 470 min manat olan elektrik avtobusları gətirilib
31.03.2026
Kredit təsdiqlənən sifariş ləğv edilərsə, kredit tarixçəsinə təsir edirmi?
31.03.2026Sabahdan bunu edənlər cərimələnəcək
31.03.2026Sərnişin daşımaq üçün icazə almaq sərtləşdirildi
31.03.2026"Əmək müqaviləsi olan işçilərin 55 faizi Bakı şəhəridə işləyir"
31.03.20261945-ci ilə aid fransız şərabı rekord qiymətə satılıb
31.03.2026