Rusiya benzin ixracını dayandırır - Azərbaycana necə təsir edəcək?

Redaktor

31.03.2026 17:44
82

Rusiya benzin ixracını dayandırır - Azərbaycana necə təsir edəcək?

Rusiya hakimiyyəti aprelin 1-dən etibarən bütün bazar iştirakçıları üçün benzin ixracına qadağa qoyacaq. Bu qərar Baş nazirin müavini Aleksandr Novakla neft şirkətləri və müvafiq qurumların nümayəndələri arasında keçirilən görüşdən sonra qəbul edilib.

Neft emalı zavodlarına qoyulan embarqo bu ilin yanvar ayının sonunda erkən mərhələdə aradan qaldırılıb. Qeyd edək ki, martın 26-da Baş nazirin müavini Aleksandr Novak Rusiya hökumətinin qadağanın bərpasını neft şirkətləri rəhbərləri ilə müzakirə edəcəyini açıqlayıb.

Valyuta.az "Sfera.az"a istinadən xəbər verir ki, bu haqda açıqlama verən iqtisadçı Asif İbrahimov bu qərarın səbəbini izah edib:

 “İlkin qənaətə görə benzin ixracının dayandırılması qərarı təxminən 31 iyul-avqust aylarına qədər davam edəcək. Artıq 4 ildir davam edən Rusiya-Ukrayna müharibəsi var və orada yanacaq çatışmazlığı problemi mövcuddur. Eyni zamanda daxili tələbat məsələsi də ortaya çıxıb. Burada Rusiyanın məqsədi daxili bazarda qiymətləri sabit saxlamaq və yanacaq çatışmazlığı riskini aradan qaldırmaqdır”.

Ekspert bu prosesin Azərbaycana necə təsir edəcəyi ilə bağlı məqama da toxunub. Onun sözlərinə görə, benzin ixracının dayandırılmasının Azərbaycana ciddi təsiri olmayacaq:

“Çünki Azərbaycan özü neft və neft məhsulları istehsal edən ölkədir. Biz həm xam nefti, həm də xam neftdən əldə etdiyimiz məhsullardan benzin istehsal edə bilirik. Daxili tələbat əsasən Azərbaycanda, bildiyiniz kimi, Heydər Əliyev adına neft emalı zavodu tərəfindən qarşılanır. Bu zavod mütəmadi olaraq modernləşdirilir, tez-tez müasir texnologiyalar tətbiq olunur və nəticədə 92 benzini tamamilə daxili istehsal hesabına formalaşdırılır, yəni idxal olunmur. Bəzi növlər və markalar var ki, tələbat artıq olduqda, məsələn, Rumıniya kimi ölkələrdən idxal edə bilirik, amma onların da Azərbaycanda istehsalı mövcuddur. Birbaşa fiziki çatışmazlıq riski yoxdur, yəni Azərbaycan öz daxili tələbatını təmin edə bilir və Rusiyadan geniş həcmdə benzin idxal etmir. Amma dolayısı təsirlər var. Bilirsiniz ki, dünya bazarına Rusiya təqribən il ərzində 5-6 milyon ton benzin ixrac edir. Bu xüsusilə MDB ölkələri və Şərqi Avropa ölkələrinə aiddir. Belə olduqda həmin 5-6 milyon ton benzinin bazardan çıxması təklifin azalmasına və qiymətlərin artmasına səbəb ola bilər. Eyni zamanda, təklifin azalması fonunda bazar iştirakçıları əlavə tədarük mənbələri axtara bilərlər. Məsələn, region ölkələri Gürcüstan və Ermənistan böyük həcmdə Rusiya benzinini tədarük edirdilər və belə olduqda ən yaxşı alternativ Azərbaycan olacaq. Daxili yanacaq qiymətlərinə təsiri yaxın müddətli perspektivdə gözlənilmir. Uzaq müddətli perspektivdə isə, qlobal neft qiymətləri artarsa və alternativ tədarükçülər tez tapılmazsa, Azərbaycan istehsal etdiyi benzinin bir hissəsini MDB və Şərqi Avropa ölkələrinə sataraq müəyyən dalğalanmalara səbəb ola bilər. Amma ümumilikdə götürdükdə, konkret ciddi dalğalanmaların müşahidə olunacağını düşünmürəm”.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ultra varlılara məxsus 6 lüks avtomobil

31.03.2026

Yaxın Şərqdə risklərin bazarlara təsiri məlum oldu

31.03.2026

Rusiya benzin ixracını dayandırır - Azərbaycana necə təsir edəcək?

31.03.2026

Tibb müəssisələri üçün 4,8 milyon manatlıq vasitə alınacaq

31.03.2026

Qızılda 17 ilin ən pis göstəricisi: İlin sonu vəziyyət necə olacaq?

31.03.2026

Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - FOTO

31.03.2026

Avtobusla rayonlara səfər edənlər sığorta olunacaqlar - AÇIQLAMA

31.03.2026

Azərbaycana 70 min ədəd smartfon gətirilib - Ölkələr/Qiymətlər

31.03.2026

Valideynlərə vacib xəbər: I sinfə qəbulda yeni QAYDA

31.03.2026

"İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası" dəyişdi

31.03.2026

Azərbaycana orta qiyməti 470 min manat olan elektrik avtobusları gətirilib

31.03.2026
Kredit təsdiqlənən sifariş ləğv edilərsə, kredit tarixçəsinə təsir edirmi?

Kredit təsdiqlənən sifariş ləğv edilərsə, kredit tarixçəsinə təsir edirmi?

31.03.2026

Sabahdan bunu edənlər cərimələnəcək

31.03.2026

Sərnişin daşımaq üçün icazə almaq sərtləşdirildi

31.03.2026

"Əmək müqaviləsi olan işçilərin 55 faizi Bakı şəhəridə işləyir"

31.03.2026

1945-ci ilə aid fransız şərabı rekord qiymətə satılıb

31.03.2026
Avtomobil krediti üçün hansı bank sərfəlidir:  ABB, yoxsa "Bank of Baku"?

Avtomobil krediti üçün hansı bank sərfəlidir: ABB, yoxsa "Bank of Baku"? - CƏDVƏL

31.03.2026

2026-cı ildə köçmək üçün ödəniş edən 5 Avropa ölkəsi

31.03.2026

"Apple"ın rəhbərindən gözlənilməz xəbərdarlıq: Ekranı kənara qoyun, təbiətə çıxın

31.03.2026

"Instagram" ödənişli funksiyalar təqdim edəcək - QİYMƏT

31.03.2026

Məzənnə

Yüklənir...