Redaktor
Qızılda 17 ilin ən pis göstəricisi: İlin sonu vəziyyət necə olacaq?
Qızıl qiymətləri dünənlə müqayisədə təxminən 1 faizə yaxın artım göstərməsinə baxmayaraq, yüksək səviyyədə qalan enerji qiymətlərinin təsiri ilə son 17 ilin ən zəif aylıq göstəricisini nümayiş etdirməyə hazırlaşır. Hazırda aylıq eniş 13,7 faizdən çoxdur. ABŞ-ın maliyyə nəhəngi "Goldman Sachs" isə ilin sonuna qədər qızılın qiymətinin 5400 dollar səviyyəsinə yüksələ biləcəyini proqnozlaşdırır.
Valyuta.az xəbər verir ki, Bakı vaxtı ilə səhər saat 09:15-ə olan məlumata görə, unsiya üzrə qızılın qiyməti 0,9 faiz artaraq 4553 dollar səviyyəsinə yüksəlib. Gümüş isə 2,1 faiz artaraq 71,58 dollar səviyyəsindədir.
Qızıl qiymətləri Yaxın Şərqdəki gərginliyin yaxın zamanda aradan qalxacağına dair ümidlərin təsiri ilə dünənlə müqayisədə artım meyli göstərir. Lakin yüksək enerji qiymətlərinin yaratdığı inflyasiya təzyiqi, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz endirimi edəcəyi ilə bağlı gözləntilərin zəifləməsi və dollar indeksinin möhkəmlənməsi səbəbindən qızıl son 17 ilin ən pis aylıq nəticəsini göstərməyə hazırlaşır.
Bütün bu amillər nəticəsində unsiya üzrə qızılın mart ayını 13,7 faizdən artıq itki ilə başa vuracağı gözlənilir. Bazarlar həmçinin İran müharibəsi ehtimalı fonunda resessiya riskini qiymətləndirməyə başlayıb.
Mütəxəssislər hesab edir ki, yüksək enerji qiymətlərinin yaratdığı inflyasiya səbəbindən FED-in bu il faiz endirimi etməsi ehtimalı xeyli aşağıdır. Aşağı faiz mühitində investorlar adətən təhlükəsiz liman kimi qızıla yönəlirlər.
"Goldman Sachs" analitikləri qızılın 2026-cı ilin sonuna qədər unsiya başına 5400 dollara çata biləcəyini bildirir. WSJ-də yer alan xəbərə görə, bankın araşdırma qeydlərində spekulyativ mövqelərin aşağı səviyyədə olduğu və bazarların tarixi təcrübələrlə müqayisədə daha sərt siyasət şokunu qiymətləndirdiyi üçün qızılın həddindən artıq satılmış göründüyü qeyd olunub. Bankın mütəxəssisləri 2026-cı ildə FED-in iki dəfə faiz endirimi edəcəyini gözləyir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYaxın Şərqdə risklərin bazarlara təsiri məlum oldu
31.03.2026Rusiya benzin ixracını dayandırır - Azərbaycana necə təsir edəcək?
31.03.2026Tibb müəssisələri üçün 4,8 milyon manatlıq vasitə alınacaq
31.03.2026Qızılda 17 ilin ən pis göstəricisi: İlin sonu vəziyyət necə olacaq?
31.03.2026Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - FOTO
31.03.2026Avtobusla rayonlara səfər edənlər sığorta olunacaqlar - AÇIQLAMA
31.03.2026Azərbaycana 70 min ədəd smartfon gətirilib - Ölkələr/Qiymətlər
31.03.2026Valideynlərə vacib xəbər: I sinfə qəbulda yeni QAYDA
31.03.2026"İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası" dəyişdi
31.03.2026Azərbaycana orta qiyməti 470 min manat olan elektrik avtobusları gətirilib
31.03.2026
Kredit təsdiqlənən sifariş ləğv edilərsə, kredit tarixçəsinə təsir edirmi?
31.03.2026Sabahdan bunu edənlər cərimələnəcək
31.03.2026Sərnişin daşımaq üçün icazə almaq sərtləşdirildi
31.03.2026"Əmək müqaviləsi olan işçilərin 55 faizi Bakı şəhəridə işləyir"
31.03.20261945-ci ilə aid fransız şərabı rekord qiymətə satılıb
31.03.2026