Redaktor
"Xalq Bank"ın mənfəəti 2,5 milyon manat azalıb
"Xalq Bank" 2026-cı ilin ilk üç ayı üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.
Valyuta.az xəbər verir ki, cari ilin yanvar-mart aylarında bank 9 milyon 390.54 min manat xalis mənfəət əldə edib.
Bu, 2025-ci ilin ilk üç ayı ilə müqayisədə 2 milyon 467.34 min manat və ya 20.8% azdır. Ötən ilin eyni dövründə bankın xalis mənfəəti 11 milyon 857.88 min manat idi.
Hesabat dövründə "Xalq Bank"ın faiz gəlirləri illik müqayisədə 5.9% artaraq 51 milyon 476.16 min manata çatıb. Faiz xərcləri isə 31.1% yüksələrək 19 milyon 794.55 min manat təşkil edib.
Bankın qeyri-faiz gəlirləri 7.2% azalaraq 9 milyon 647.94 min manata düşüb. Qeyri-faiz xərcləri isə əksinə, 22.9% artaraq 28 milyon 530.68 min manat olub.
2026-cı il aprelin 1-nə bankın cəmi aktivləri 3 milyard 020 milyon 791 min manat təşkil edib. Bu göstərici bir il əvvəlki dövrlə müqayisədə 23 milyon 317 min manat və ya 0.8% azdır.
Müştərilərə verilən kreditlərin həcmi də azalıb. Hesabat dövrünün sonuna bankın kredit portfeli 1 milyard 817 milyon 145 min manat olub ki, bu da illik müqayisədə 21 milyon 444 min manat və ya 1.2% azalma deməkdir.
Əlaqəli Xəbərlər
"Bank Respublika"da diqqətçəkən azalma: nağd vəsaitləri 58%-dən çox azalıb
“Unibank”ın öhdəlikləri 362 milyon manat artıb
“Yapı Kredi Azərbaycan”ın borcu 92 milyon manatdan çox artıb
“Azərbaycan Sənaye Bankı”nın mənfəəti azalıb, faiz xərcləri 28% artıb
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTələbə borcunu ödəmək üçün yaratdığı sayt onu 5 aya milyonçu etdi
25.07.2026"Nvidia", "Microsoft" açıq mənbəli süni intellekt modellərinə dəstək çağırışı edib
25.07.2026Vizanız bir anda ləğv oluna bilər: ABŞ yeni qaydaları açıqladı
25.07.2026Ağıllı eynək böhranı böyüyür: "Meta" hesabları bağlamaq qərarına gəldi
25.07.2026"Patreon" əməkdaşlarının 20%-ni ixtisar edir
25.07.2026"Yahoo" CEO-su: "Pizza restoranında işləyirdim, biznes haqqında heç nə bilmirdim"
25.07.2026
Bir çamadana təkər taxmaq niyə 5 min il çəkdi?
25.07.2026Bakıda skuterlərlə bağlı yeni problem - VİDEO
24.07.2026Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək?
24.07.2026"OpenAI" "ChatGPT Health" funksiyasını ABŞ-da bütün yetkin istifadəçilər üçün istifadəyə verdi
24.07.2026Azərbaycana bu il nə qədər avtobus gətirilib?
24.07.2026Süni intellekt bazarı "Intel"in gəlirlərini artırdı
24.07.2026Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi
24.07.2026Dünyanın ən dəyərli restoran şəbəkələri: "McDonald’s" zirvədədir
24.07.2026Yüksək Texnologiyalar Parkına 4 yeni rezident qəbul edilib
24.07.2026İlon Maskın şirkətləri birjada dəyər itirir
24.07.2026Azərbaycanda işçi sayı ən çox artan iqtisadi fəaliyyət sahələri
24.07.2026