Ucuz SSD dövrü bitdi: 2026-cı ilin kvotası artıq satılıb

Redaktor

23.01.2026 18:59
199

Ucuz SSD dövrü bitdi: 2026-cı ilin kvotası artıq satılıb

NAND yaddaşının ən böyük istehsalçılarından biri olan "Kioxia" şirkəti bildirib ki, 2026-cı il üçün istehsal gücü artıq tam satılıb, süni intellekt (AI) bumuna görə bazarda yüksək qiymətlər dövrü başlayıb.

Valyuta.az-ın məlumatına görə, "Digital Daily" ilə müsahibəsində "Kioxia"nın icraçı direktoru qeyd edib ki, qiymətlər illik ifadədə 30%-dən çox artıb və qıtlıq tendensiyası ən azı 2027-ci ilə qədər davam edəcək: "1 TB-lıq ucuz SSD-lərin 40-50 dollar qiymətinə dövrü bitib".

Bu birbaşa istehlakçı qiymətlərinə də təsir edib. Ekspertlər diqqət çəkirlər ki, SSD-lərin qiymətləri demək olar ki, iki dəfə artıb. Məsələn, 1 TB-lıq M.2 NVMe "Crucial P310" yaddaş sürücüsünü indi 106 dollara almaq olar, halbuki 2025-ci ilin payızında qiymət 59 dollar idi.

Əsas səbəb "Kioxia" və digər istehsalçılarda qıtlıq süni intellekt üçün neyron şəbəkə məlumat mərkəzlərində istifadə olunan flaş yaddaşına olan partlayıcı tələbatdır. Süni intellektlə işləyən şirkətlər böyük həcmdə NAND yaddaş alır, adi istehlakçılar üçün komponentlər azalır.

Bu arada, 8 TB-lıq SSD-lərin qiyməti elə yüksəlib ki, qram başına qiymət təmiz qızıldan da baha olub. 4 TB-lıq SSD-lərdə vəziyyət bir qədər yaxşıdır, lakin onlar da sürətlə bahalaşır və mağaza rəflərindən yoxa çıxır.

Paşa Məmmədli

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı

10.03.2026

Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir

10.03.2026

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb

10.03.2026

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

10.03.2026

Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

10.03.2026

Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı  - Fotolar

10.03.2026

Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…

10.03.2026

Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

10.03.2026

Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?

10.03.2026

“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib

10.03.2026

Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı

10.03.2026

C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb

10.03.2026

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Məzənnə

Yüklənir...