Redaktor
Tramp Yaxın Şərq turunda ABŞ-a 12-13 trilyon dollarlıq sərmayə toplayıb
ABŞ prezidenti Donald Tramp Yaxın Şərq ölkələrinə səfərlərinin Amerika iqtisadiyyatına 12-13 trilyon dollarlıq sərmayə qoyuluşu ilə bağlı razılaşmalarla nəticələndiyini bildirib.
Valyuta.az xəbər verir ki, o, bu barədə ABŞ və BƏƏ işgüzar dairələrinin nümayəndələrinin Əbu-Dabidə keçirilən görüşündə bildirib.
"Biz artıq məlum olan və bəzilərini yaxın gələcəkdə açıqlayacağımız layihələr sayəsində 12-13 trilyon dollar səviyyəsinə çatmışıq", deyə Amerika lideri bildirib.
Tramp mayın 13-dən 16-dək Yaxın Şərqə səfər edib. Mayın 16-da ABŞ prezidenti Əbu-Dabidəki Amerika səfirliyinin əməkdaşları ilə görüşəcək. Siyasətçi həmçinin Əmirliyin paytaxtında Səadiyyə adasında ABŞ-BƏƏ biznes forumunu və İbrahimi Dinlər Evini ziyarət edəcək.
Mayın 12-də Amerikanın "Axios" portalı adı çəkilməyən rəsmilərə istinadən yazıb ki, Tramp ərəb ölkələrinə səfəri zamanı ümumi dəyəri 1 trilyon dollar olan bir sıra müqavilələr imzalamağı planlaşdırır. Daha sonra Tramp özü bildirib ki, Səudiyyə Ərəbistanı Amerikanın “Boeing” şirkətinə 160 təyyarə sifariş edib.
Paşa Məmmədli