Redaktor
TƏBİB-in tabeliyindəki Mərkəz növbəti dəfə eyni şirkətə sifariş verdi - Bu dəfə 6.7 mln. AZN
“İnnovasiya və Təchizat Mərkəzi” PHŞ-nin elan etdiyi tender yekunlaşıb.
Valyuta.Az xəbər verir ki, qurumun yekunlaşan tenderi "dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair xərclər çərçivəsində dərman vasitələri”nin satın alınması ilə bağlı olub.
Tenderin qalibi “Zeytun Pharmaceuticals” MMC olub və tərəflər arasında 6.794.028,89 AZN-lik müqavilə imzalanıb.
Qeyd edək ki, “Zeytun Pharmaceuticals” MMC cari ildə artıq dördüncü dəfədir ki, qurumun elan etdiyi tenderdə qalib seçilir.
İlk olaraq, "Zeytun Pharmaceuticals" MMC 21.02.2025 tarixində Mərkəzin, 592.461,83 AZN və 5.579.464,28 AZN dəyərində olan iki fərqli tenderinin qalibi olub.
Daha sonra isə 26.02.2025 tarixində yenidən tərəflər arasında satınalma müqaviləsi imzalanıb: dəyəri isə 731.941,6 AZN.
Daha öncə də xəbər verdiyimiz kimi, ötən il də tərəflər arasında ümumi dəyəri 53 mln. manatdan çox olan 10-dan çox müqavilə imzalanıb.
Tərəflər arasında ötən ilin müxtəlif vaxtlarında 7.041.121,93 (7 milyon 41 min 121 manat 93 qəp.) AZN, 2.509.479,8 (2 milyon 509 min 479 manat 80 qəp.) AZN, 11.811.210 (11 milyon 811 min 210 manat) AZN, 7.237.654,6 (7 milyon 237 min 654 manat 60 qəp.) AZN, 16.208.345,48 (16 milyon 208 min 345 manat 48 qəp.) AZN, 12.400.370,31 (12 milyon 400 min 370 manat 31 qəp.) AZN, 4.049.541,11 (4 milyon 49 min 541 manat 11 qəp.) AZN və başqa müqavilələr imzalanıb. Bütün müqavilələrlə isə BURADAN tanış ola bilərsiniz.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Zeytun Pharmaceuticals” MMC 9 oktyabr 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4000 AZN olan şirkətin qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur.
Rəhim
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Köhnə rəhbərlər uduzacaq - Elmi idarəçilik zamanıdır
17.03.202613 yaşında proqramlaşdırmaya başlayan azərbaycanlı qız bu gün süni intellekt mühəndisidir
17.03.2026Avro bahalaşır
17.03.2026
Ehtiyac olmadığı halda endirimli məhsul almaq qazanc sayılır, yoxsa əlavə xərc?
17.03.2026Aldığı cərimə yeni biznes modelinin əsasını qoydu - SƏHƏR OXUSU
17.03.2026“Cylake” yeni kibertəhlükəsizlik şirkəti kimi fəaliyyətə başlayıb
16.03.2026Paytaxtın bu prospektində hərəkət sxemi dəyişir
16.03.2026Samir Nuriyev Xocavənddə iclas keçirdi - Tapşırıqlar verdi
16.03.2026Səhvlərdən doğan milyard dollarlıq ideyalar
16.03.2026“Beş qitə - 500 startap” devizi ilə “Startup School 4” layihəsin' qeydiyyat başlayıb
16.03.2026