"Spotify"dan rekord qonorar ödənişi: Sənətçilər əslində nə qədər alır?

Redaktor

30.01.2026 14:05
39

"Spotify"dan rekord qonorar ödənişi: Sənətçilər əslində nə qədər alır?

"Spotify" 2025-ci ildə musiqi sənayesinə ümumilikdə 11 milyard dollardan çox qonorar ödədiyini açıqlayıb. 

Valyuta.az xəbər verir ki, bu, ötən ilə nisbətən 1 milyard dollar artım deməkdir və ödənən məbləğ qlobal qeydiyyatdan keçmiş musiqi gəlirlərinin təxminən 30%-inə bərabərdir. Lakin bu rəqəm yalnız qonorar ödənişlərini əhatə edir: məhsul satışları, konsert biletləri, podkast müqavilələri və səsli kitab telifləri bu hesablamaya daxil deyil.

Ödənişlər birbaşa sənətçilərə getmir

Əhəmiyyətli məqamlardan biri odur ki, "Spotify" bu 11 milyard dolları birbaşa sənətçilərə deyil, "hüquq sahiblərinə" ödəyir. Bu qrupda musiqi şirkətləri, distribyutorlar, nəşriyyatlar və oxşar qurumlar yer alır.

"Spotify"nin bildirdiyinə görə, bu məbləğin nə qədərinin sənətçilərin cibinə çatdığı barədə dəqiq məlumat yoxdur. Çünki sənətçilərlə bağlanan müqavilələr çox dəyişkəndir. Böyük musiqi şirkətləri ilə işləyən sənətçilərin qonorar gəlirlərinin yalnız 15%-ni əldə etməsi geniş yayılıb, müstəqil musiqi şirkətlərində isə bu nisbət adətən 50% və ya daha çox olur.

Qonorarların yarısı müstəqil musiqidən gəlir

"Spotify"nin məlumatına görə, ödənilən qonorarların təxminən yarısı müstəqil sənətçilərə və müstəqil musiqi şirkətlərinə gedir. Buraya "DistroKid" və "TuneCore" kimi platformalar vasitəsilə musiqisini yayımlayan sənətçilər də daxildir.

Lakin bu kateqoriya bəzi mübahisəli məqamları da əhatə edir: “Kitabxana musiqiləri” və bəzən gündəmə gələn “gizli sənətçilər” də bu qrupa daxil edilir. "Spotify"nin Qlobal Musiqi Kommunikasiyası üzrə rəhbəri Kris Makovski müstəqil sənətçilərə ödənişlərin dəqiq bölgüsünə dair daha ətraflı məlumatlarının olmadığını bildirib.

100 min dollar səviyyəsini keçən sənətçilərin sayı artıb

Makovski məlumat verib ki, 2024-cü ildə 12.500-dən çox sənətçi "Spotify" üzərindən 100 min dollardan çox qonorar gəliri əldə edib. 2023-cü ildə bu rəqəm təxminən 11.600 idi. 2025-ci ilin məlumatları isə şirkətin mart ayında açıqlayacağı illik hesabatda yer alacaq.

"Spotify" iddia edir ki, bu say CD dövrünün zirvəsində belə fiziki mağazalarda yer alan sənətçilərin sayından çoxdur. Şirkət 1994-cü il mənbəsinə istinad edərək, o dövrdə böyük bir musiqi mağazasında təxminən 10 min albom və CD olduğunu xatırladır.

Dinlənmə artdıqca parça başına ödəniş azalır

"Spotify"də qonorar sistemi sabit bir gəlir hovuzunun paylaşılması prinsipi ilə işləyir. Bu səbəbdən platformada nə qədər çox musiqi dinlənirsə, parça başına ödəniş bir o qədər azalır.

Hazırda "Spotify" gəlirlərinin təxminən 30%-ni özü saxlayır. Sənətçilərə ödənilən ümumi məbləğin artması üçün ya abunəçi sayı artmalı, ya da qiymətlər yüksəlməlidir. Bundan əlavə, 1.000 dinlənmədən az olan mahnılara heç bir ödəniş edilmir.

AI, saxtakarlıq və kurasiya məsələsi

11 milyard dollarlıq ödəniş açıqlamasında "Spotify" son dövrdə aldığı tənqidlərə cavab olaraq planlarını da açıqlayıb. Şirkət fırıldaqçılıq, sənətçi təqlidi və spam məzmunlarla mübarizə üçün yeni həllər üzərində işlədiyini bildirib.

Xüsusilə süni intellektin mənfi niyyətli şəxslər tərəfindən aşağı keyfiyyətli məzmun yaymaq üçün istifadə edildiyi qəbul edilir. "Spotify" buna görə sənətçi doğrulama sistemlərində dəyişikliklər edəcəyini bildirir.

İnsan kurasiyasına önəm

Şirkət həmçinin, alqoritm əsaslı tövsiyələrə artan etirazlar nəticəsində insan kurasiyasına daha çox önəm verəcəyini açıqlayıb. Məqsəd dinləmə təcrübəsində "kurasiya arxasında insan səsini" daha görünən etməkdir.

Müzakirələr davam edir

Bütün bu addımlara baxmayaraq, sənətçilərin rəqib platformalara nisbətən "Spotify"in aşağı qonorar ödədiyi barədə tənqidlərinin qısa müddətdə bitməsi gözlənilmir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda yaxın iki ildə yeni tikili mənzillərin qiymətlərində hansı dəyişikliklər gözlənilir?

30.01.2026

Rabitəbank ilə rahat investisiya imkanı ®

30.01.2026

"Apple" əsas versiyalı "iPhone 18"in buraxılışını 2027-ci ilə qədər təxirə saldı

30.01.2026

Dövlət bankları iqtisadiyyata 7,8 milyard manat kredit qoyub

30.01.2026

Manat avro qarşısında ucuzlaşır: Bu, iqtisadiyyat üçün nə deməkdir?

30.01.2026

Karqo şirkəti 15 mindən çox vergi borcunu ödəmir

30.01.2026

Bu ixtisası seçən tələbələr 700 manata yaxın təqaüd ala bilər

30.01.2026

"Spotify"dan rekord qonorar ödənişi: Sənətçilər əslində nə qədər alır?

30.01.2026

İlon Maskın şirkətləri birləşəcək?

30.01.2026

Cəsprid Sinxə görə ilk 100 dollarınızı ağıllı şəkildə necə investisiya etmək olar?

30.01.2026

“AzərGold” ixrac gəlirlərini 58 milyon dollar artırıb

30.01.2026

Sabahın hava proqnozu

30.01.2026

"Apple" bu startapı 2 milyard dollara satın aldı

30.01.2026
Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?

Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?

30.01.2026

İlham Əliyev Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

30.01.2026

Proqramlaşdırma qadınların işi idi, kişilərin deyil

30.01.2026

Azərbaycanda qorunan əmanətlər üzrə faiz həddi eyni səviyyədə saxlanılıb

30.01.2026

“Azərkosmos”un gəlirləri açıqlandı - Azalma var

30.01.2026

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - SİYAHI

30.01.2026

"İşçi hiss etməlidir ki, şirkət böyüdükcə onun da rifahı yaxşılaşır" - Anar Bayramov

30.01.2026

Məzənnə

Yüklənir...