Manat avro qarşısında ucuzlaşır: Bu, iqtisadiyyat üçün nə deməkdir?

Redaktor

30.01.2026 14:40
64

Manat avro qarşısında ucuzlaşır: Bu, iqtisadiyyat üçün nə deməkdir?

Son günlər avronun manata qarşı məzənnəsində artım tendensiyası müşahidə olunur. Bu dinamika Azərbaycan iqtisadiyyatında və biznes mühitində müəyyən suallar doğurur.

Sual yaranır ki, qarşıdakı dövrdə avronun məzənnəsində daha ciddi artım gözlənilirmi, yoxsa azalma baş verə bilər? Eyni zamanda, bu tendensiyanın Azərbaycan iqtisadiyyatı və biznes mühitinə mümkün təsirləri də diqqət mərkəzindədir.

İqtisadçı Eldəniz Əmirov Valyuta.az-a bildirib ki, manatın avro qarşısında ucuzlaşmasının əsas səbəbi, dolların avro qarşısında ucuzlaşması ilə izah olunur:

"Azərbaycan Respublikasında dollar-manat məzənnəsi inzibati metodlarla təyin olunur və 1 USD = 1.7 AZN nisbətində sabit saxlanılır. Bu səbəbdən dolların dəyərində beynəlxalq səviyyədə baş verən dəyişikliklər Azərbaycanda manata birbaşa təsir göstərmir. Nəticə etibarilə, manatın digər valyutalara, o cümlədən avroya qarşı məzənnəsi dolların həmin valyutalarla olan nisbətindən asılı olaraq formalaşır. Belə ki, əgər dollar avro qarşısında ucuzlaşırsa, avro manat qarşısında bahalaşır, əgər dollar avro qarşısında bahalaşırsa, avro manat qarşısında ucuzlaşır". 

"Bu dəyişikliklərin Azərbaycan iqtisadiyyatına təsiri isə böyük deyil. Bunun əsas səbəbi odur ki, ölkənin valyuta ehtiyatlarında və beynəlxalq ticarət ödənişlərində dolların payı yüksəkdir. Bu baxımdan, avronun məzənnəsindəki dalğalanmaların iqtisadiyyata nə ciddi mənfi, nə də böyük müsbət təsiri müşahidə edilmir.

Bəzi sahələrdə müəyyən mənfi və ya müsbət təsirlər yarana bilsə də, ölkə iqtisadiyyatı üçün bu prosesin ciddi mənfi tərəfləri yoxdur", - deyə E.Əmirov əlavə edib.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bakıda yaxın iki ildə yeni tikili mənzillərin qiymətlərində hansı dəyişikliklər gözlənilir?

30.01.2026

Rabitəbank ilə rahat investisiya imkanı ®

30.01.2026

"Apple" əsas versiyalı "iPhone 18"in buraxılışını 2027-ci ilə qədər təxirə saldı

30.01.2026

Dövlət bankları iqtisadiyyata 7,8 milyard manat kredit qoyub

30.01.2026

Manat avro qarşısında ucuzlaşır: Bu, iqtisadiyyat üçün nə deməkdir?

30.01.2026

Karqo şirkəti 15 mindən çox vergi borcunu ödəmir

30.01.2026

Bu ixtisası seçən tələbələr 700 manata yaxın təqaüd ala bilər

30.01.2026

"Spotify"dan rekord qonorar ödənişi: Sənətçilər əslində nə qədər alır?

30.01.2026

İlon Maskın şirkətləri birləşəcək?

30.01.2026

Cəsprid Sinxə görə ilk 100 dollarınızı ağıllı şəkildə necə investisiya etmək olar?

30.01.2026

“AzərGold” ixrac gəlirlərini 58 milyon dollar artırıb

30.01.2026

Sabahın hava proqnozu

30.01.2026

"Apple" bu startapı 2 milyard dollara satın aldı

30.01.2026
Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?

Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?

30.01.2026

İlham Əliyev Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

30.01.2026

Proqramlaşdırma qadınların işi idi, kişilərin deyil

30.01.2026

Azərbaycanda qorunan əmanətlər üzrə faiz həddi eyni səviyyədə saxlanılıb

30.01.2026

“Azərkosmos”un gəlirləri açıqlandı - Azalma var

30.01.2026

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - SİYAHI

30.01.2026

"İşçi hiss etməlidir ki, şirkət böyüdükcə onun da rifahı yaxşılaşır" - Anar Bayramov

30.01.2026

Məzənnə

Yüklənir...