Redaktor
Bakıda yaxın iki ildə yeni tikili mənzillərin qiymətlərində hansı dəyişikliklər gözlənilir?
Bakı şəhərində yeni tikili mənzillər bazarında son illərdə müşahidə olunan yüksək qiymət artımı növbəti illərdə daha mülayim templə davam edəcək.
Valyuta.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, bazar tədricən sabitləşmə mərhələsinə keçir və kəskin bahalaşma dövrü geridə qalır.
"2025-ci ildə yeni tikililər üzrə orta çəkili qiymət artımı təxminən 15 % təşkil edib. Lakin 2026-cı ildə bu göstəricinin 9,5 %-ə, 2027-ci ildə isə 6,7 %-ə qədər enəcəyi proqnozlaşdırılır. Təklifin artması, yeni layihələrin reallaşdırılması və alıcılıq qabiliyyətinin nisbətən zəifləməsi bazarda artım tempini aşağı salan əsas amillərdir".
V.Oruc qeyd edib ki, 2026-cı ildə Bakı üzrə orta qiymət artımı 9,5 % səviyyəsində gözlənilsə də, paytaxtın rayonları arasında fərqlər qalacaq.
"Ən yüksək dinamika mərkəzə yaxın və infrastruktur baxımından cəlbedici ərazilərdə müşahidə ediləcək. Belə ki, Yasamal rayonunda qiymətlərin 10,9 %, Nərimanovda 10,8 %, Səbaildə 10,5 %, Xətaidə isə 9,4 % artacağı proqnozlaşdırılır. Nizami və Binəqədidə artım müvafiq olaraq 7,7 % və 8,4 % səviyyəsində olacaq. Şəhərin kənar ərazilərində isə artım daha zəif olacaq. Sabunçuda qiymətlərin 6,1 %, Suraxanıda 6,7 %, Xəzərdə 6,2 %, Qaradağda 5,9 %, Pirallahıda isə cəmi 4,2 % yüksələcəyi gözlənilir".
Ekspertin proqnozlarına görə, 2027-ci ildə bazarda sabitləşmə prosesi daha da güclənəcək və Bakı üzrə orta qiymət artımı 6,7 % təşkil edəcək:
"Gələn il də əsas dinamika yenə mərkəzi rayonlarda müşahidə olunacaq. Yasamalda qiymətlərin 7,8 %, Səbaildə 7,5 %, Nərimanovda 7,4 %, Xətaidə 7,1 % artacağı bildirilir. Digər ərazilərdə isə artım 6-7 % intervalında dəyişəcək, Qaradağda 4,6 %, Pirallahıda isə 4 % səviyyəsində gözlənilir".
V.Orucun sözlərinə görə, bazar artıq "kütləvi bahalaşma" mərhələsindən çıxaraq "selektiv artım" mərhələsinə keçir.
"Yəni yalnız keyfiyyətli layihələr, mərkəzə yaxın və infrastrukturu inkişaf etmiş ərazilərdə qiymətlər daha sürətlə yüksələcək, periferik zonalarda isə qiymət artımları məhdud səviyyədə qalacaq. Artıq qiymətlər əvvəlki illərdəki kimi sıçrayışlı şəkildə artmayacaq. Bazar daha balanslı və proqnozlaşdırılan olacaq", – deyə ekspert əlavə edib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMonteneqro XİN Azərbaycan vətəndaşlarına viza verilməsi qaydalarını izah edib
30.01.2026Prezident sərəncam imzaladı - Bu gənclər mükafatlandırıldı - ADLAR
30.01.2026700 dollara şam?
30.01.2026İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi
30.01.2026İmtahanlarda iştirakla bağlı xidməthaqqı ödəniləcək - DDLA
30.01.2026Ötən il Azərbaycan klublarının futbolçu satışlarından əldə etdiyi gəlir bəlli olub
30.01.2026Bakıda yaxın iki ildə yeni tikili mənzillərin qiymətlərində hansı dəyişikliklər gözlənilir?
30.01.2026Rabitəbank ilə rahat investisiya imkanı ®
30.01.2026"Apple" əsas versiyalı "iPhone 18"in buraxılışını 2027-ci ilə qədər təxirə saldı
30.01.2026Dövlət bankları iqtisadiyyata 7,8 milyard manat kredit qoyub
30.01.2026Manat avro qarşısında ucuzlaşır: Bu, iqtisadiyyat üçün nə deməkdir?
30.01.2026Karqo şirkəti 15 mindən çox vergi borcunu ödəmir
30.01.2026Bu ixtisası seçən tələbələr 700 manata yaxın təqaüd ala bilər
30.01.2026"Spotify"dan rekord qonorar ödənişi: Sənətçilər əslində nə qədər alır?
30.01.2026İlon Maskın şirkətləri birləşəcək?
30.01.2026Cəsprid Sinxə görə ilk 100 dollarınızı ağıllı şəkildə necə investisiya etmək olar?
30.01.2026“AzərGold” ixrac gəlirlərini 58 milyon dollar artırıb
30.01.2026Sabahın hava proqnozu
30.01.2026"Apple" bu startapı 2 milyard dollara satın aldı
30.01.2026