700 dollara şam?

Redaktor

30.01.2026 16:35
98

700 dollara şam?

Adətən sadə dekorativ obyekt kimi tanınan şamlar son illərdə lüks dizaynlarla yenidən formalaşdırılıb və bəzi satıcılar bahalı şamların satışı ilə xeyli gəlir əldə ediblər. Budur, bu günə qədər hazırlanmış ən bahalı yeddi şam:

1. "Gucci Virgin Violet" şamı – 680-700 dollar

Dünyanın ən bahalı moda markalarından biri olan "Gucci"nin bu siyahıya başçılıq etməsi təəccüblü deyil. "Virgin Violet" adlı şam moda şirkətinin ilk yüksək səviyyəli ətir kolleksiyası olan "The Alchemist’s Garden" xətti altında satılır. Qiyməti 680-700 dollar olan bu şam real qızıl detallarına malik çini qabda təqdim olunur və xüsusi moir torbada müştərilərə çatdırılır.

"Virgin Violet" müşk və iris ləçəklərinin qarışığından hazırlanır və incə, pudramsı qoxu verir. Şam məşhur ətir ustası Alberto Morillas tərəfindən, Alesandro Mikele rəhbərliyində hazırlanıb. Əsas məhsulları çantalar və ayaqqabılar olan "Gucci", bu gün makiyaj, ətir və ev dekorasiyası sahələrinə də uğurla genişlənmişdir.

2. "L’Objet Mojave Unicorn 4 Wick" şamı – 600-620 dollar

Lüks aksesuar istehsalçısı "L’Objet" ilə tanınmış sənətçilər Simon və Nikolay Haas qardaşlarının birgə işi olan bu şam həm dizaynı, həm də qoxusu ilə seçilir. Qiyməti 600-620 dollar olan bu 4 fitilli şam, ətir ustası Yan Vasnyenin yardımı ilə yaradılıb və istifadəçiləri Kaliforniyanın quru və odunsu Mojave səhrasının ətrinə aparır.

Baza hissəsi unicorn buynuzlu, səhrada olmayan uydurma bir varlığın formasında yaradılıb və 24 karatlıq qızıl detallarla bəzədilmiş çinidən hazırlanıb. "L’Objet" 2004-cü ildə israilli Elad Yifraç tərəfindən təsis olunub və lüks yemək dəstləri, mebel, ətir və işıqlandırma məhsulları ilə tanınır.

3. "Lladro Scheherezade’s Quarters 1001 Lights" şamı – 520-600 dollar

"Min bir gecə" nağıllarından ilhamlanan bu şam yalnız Şərq motivli dizaynı ilə deyil, eyni zamanda qara qarağat, lotus çiçəyi və buxur (olibanum) qarışığı ilə hazırlanmış ətiri ilə də diqqət çəkir. Şamın xarici hissəsi bu nağıllardan çıxmış bir strukturu xatırladır və 22 karatlıq qızıldan hazırlanmış sivri başlı fiqurla tamamlanır. Şam dörd fərqli dizaynda təqdim olunur, onlardan biri beş fitilə malikdir.
İspaniyanın lüks aksesuar istehsalçısı "Lladro" bu şamın arxasındadır. 1950-ci illərin əvvəlində Almasera kəndində kiçik ailə biznesi kimi fəaliyyətə başlayan şirkət bu gün yüksək səviyyəli işıqlandırma, ev aksessuarları, dekorativ heykəlciklər və çini fiqurlar istehsal edən dünya brendinə çevrilib.

4. "Mottahedeh Duke of Gloucester Fu Dog Jar" şamı – 510 dollar

Tarixi dizaynlardan ilham alan bu şamın qiyməti 510 dollardır. Tək bir məhsul kimi satılsa da, müştərilər onu tam dəst – yəni süfrə qabları ilə birlikdə daha yüksək qiymətə əldə edə bilirlər.
ABŞ-da yerləşən "Mottahedeh" şirkəti lüks keramika antik əşyaların reproduksiyası və tarixi dizaynlar sahəsində lider sayılır. Şirkət "Colonial Williamsburg Foundation", "Historic Charleston Foundation" kimi bir sıra qurumlara yüksək keyfiyyətli çini məhsulların lisenziyalaşdırılmasını həyata keçirir. Həmçinin Ağ Ev, ABŞ Dövlət Departamenti və Diplomatik Korpus üçün də məhsullar istehsal etmişdir.

5. "Joya x Arsham Studio Exoplanet" ətirli şam – 500-600 dollar

Nyu-Yorkda fəaliyyət göstərən ətir istehsalçısı "Joya" və müasir sənətçi Daniel Arşamın birgə layihəsi olan bu şam NASA-nın Jet Propulsion Laboratoriyasında keçirdiyi vaxtdan ilham alaraq yaradılıb. Şam iki hissədən ibarətdir və birləşdirilərək ekzoplanet formasını alır. Müştərilər onu doldurmaq üçün əlavə ətirli mum hissəciklərindən istifadə edə bilərlər.

Bu şamda istifadə olunan ətir Arşamın dünya üzrə sərgilərində istifadə etdiyi ətirdir. "Joya" 2006-cı ildə Frederik Buşardi tərəfindən qurulub və həm ətir markası, həm də dizayn studiyası kimi fəaliyyət göstərir.

6. "Ginori 1735 Totem" şamı – 428-450 dollar

Qədim dövrlərdə cəmiyyətləri birləşdirən totem simvolundan ilhamlanan bu məhsul İtalyan lüks markası "Ginori 1735" tərəfindən hazırlanıb. Qiyməti 428-450 dollar olan bu şam müxtəlif ətirlərlə təqdim olunur və sincab formalı qapağı olan çini qabda yerləşdirilib.
Şirkət 1735-ci ildə Karlo Ginori tərəfindən İtaliyanın Sesto şəhərində qurulub və dünyanın ən keyfiyyətli çini istehsalçılarından birinə çevrilmişdir. Hazırda şirkət həm yemək dəstləri, həm də ev dekorasiyası məhsulları təklif edir.

7. "Versace Le Jardin de Versace" şamı – 306-330dollar

Siyahıdakı digər məhsullarla müqayisədə o qədər də bahalı olmasa da, "Versace" şirkətinin ev aksesuarları heç vaxt ucuz olmamışdır. Qiyməti 306-330 dollar olan bu şam yüksək keyfiyyətli çinidən hazırlanıb və üzərində çiçəklər, giləmeyvələr, həşəratlar və müxtəlif bəzək elementləri yer alır.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Apple"a "iPhone" "dopinqi": Satışlar 16 faiz artdı

30.01.2026

Əli Əsədov iclas keçirdi, tapşırıqlar verdi

30.01.2026

İcra başçısı müavinini işdən çıxardı

30.01.2026

"Bir dəfə yarat, paylaş və rahat qazan: passiv gəlir mifinin pərdəarxası"

30.01.2026

Monteneqro XİN Azərbaycan vətəndaşlarına viza verilməsi qaydalarını izah edib

30.01.2026

Prezident sərəncam imzaladı - Bu gənclər mükafatlandırıldı - ADLAR

30.01.2026

700 dollara şam?

30.01.2026

İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi

30.01.2026

İmtahanlarda iştirakla bağlı xidməthaqqı ödəniləcək

30.01.2026

Ötən il Azərbaycan klublarının futbolçu satışlarından əldə etdiyi gəlir bəlli olub

30.01.2026

Bakıda yaxın iki ildə yeni tikili mənzillərin qiymətlərində hansı dəyişikliklər gözlənilir?

30.01.2026

Rabitəbank ilə rahat investisiya imkanı ®

30.01.2026

"Apple" əsas versiyalı "iPhone 18"in buraxılışını 2027-ci ilə qədər təxirə saldı

30.01.2026

Dövlət bankları iqtisadiyyata 7,8 milyard manat kredit qoyub

30.01.2026

Manat avro qarşısında ucuzlaşır: Bu, iqtisadiyyat üçün nə deməkdir?

30.01.2026

Karqo şirkəti 15 mindən çox vergi borcunu ödəmir

30.01.2026

Bu ixtisası seçən tələbələr 700 manata yaxın təqaüd ala bilər

30.01.2026

"Spotify"dan rekord qonorar ödənişi: Sənətçilər əslində nə qədər alır?

30.01.2026

İlon Maskın şirkətləri birləşəcək?

30.01.2026

Cəsprid Sinxə görə ilk 100 dollarınızı ağıllı şəkildə necə investisiya etmək olar?

30.01.2026

Məzənnə

Yüklənir...