"Apple"a "iPhone" "dopinqi": Satışlar 16 faiz artdı

Redaktor

30.01.2026 18:10
20

"Apple"a "iPhone" "dopinqi": Satışlar 16 faiz artdı

ABŞ-ın texnologiya şirkəti "Apple"ın xalis satışları ilin son üç ayında illik 16% artaraq bazar gözləntilərini üstələyib.

Valyuta.az xəbər verir ki, maliyyə təqvimində 27 dekabr 2025-də bitən üç aylıq dövrü 2026-cı maliyyə ilinin ilk rübü hesab edən "Apple" öz maliyyə hesabatını açıqlayıb.

Buna görə, şirkətin ümumi xalis satışları bu dövrdə illik 16% artaraq 143,8 milyard dollara yüksəlib. Keçən ilin eyni dövründə satışlar 124,3 milyard dollar idi.

"Apple"ın xalis mənfəəti eyni dövrdə 42,1 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 36,3 milyard dollar idi.

Şirkətin səhmdar başına mənfəəti də 2,4 dollardan 2,84 dollara yüksəlib. Xalis satışlar və səhmdar başına mənfəət bazar gözləntilərini üstələyib.

Başda "iPhone 17" seriyası olmaqla, "Apple"ın "iPhone" və "iPad" satışları artıb, "Mac" satışları isə azalıb.

"iPhone" satışları 27 dekabrda bitən üç aylıq dövrdə illik 23% artaraq 85,3 milyard dollara çatıb və bazar gözləntilərini üstələyib.

Eyni dövrdə "iPad" satışları 6% artaraq 8,6 milyard dollar, "Mac" satışları isə 7% azalma ilə 8,4 milyard dollar təşkil edib.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Prezidentin təltif etdiyi gənclər kimlərdir? - FOTOLAR

30.01.2026

BMT Baş katibi maliyyə böhranı barədə xəbərdarlıq edib

30.01.2026

"Apple"a "iPhone" "dopinqi": Satışlar 16 faiz artdı

30.01.2026

Əli Əsədov iclas keçirdi, tapşırıqlar verdi

30.01.2026

İcra başçısı müavinini işdən çıxardı

30.01.2026

"Bir dəfə yarat, paylaş və rahat qazan: passiv gəlir mifinin pərdəarxası"

30.01.2026

Monteneqro XİN Azərbaycan vətəndaşlarına viza verilməsi qaydalarını izah edib

30.01.2026

Prezident sərəncam imzaladı - Bu gənclər mükafatlandırıldı - ADLAR

30.01.2026

700 dollara şam?

30.01.2026

İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planını təsdiqlədi

30.01.2026

İmtahanlarda iştirakla bağlı xidməthaqqı ödəniləcək

30.01.2026

Ötən il Azərbaycan klublarının futbolçu satışlarından əldə etdiyi gəlir bəlli olub

30.01.2026

Bakıda yaxın iki ildə yeni tikili mənzillərin qiymətlərində hansı dəyişikliklər gözlənilir?

30.01.2026

Rabitəbank ilə rahat investisiya imkanı ®

30.01.2026

"Apple" əsas versiyalı "iPhone 18"in buraxılışını 2027-ci ilə qədər təxirə saldı

30.01.2026

Dövlət bankları iqtisadiyyata 7,8 milyard manat kredit qoyub

30.01.2026

Manat avro qarşısında ucuzlaşır: Bu, iqtisadiyyat üçün nə deməkdir?

30.01.2026

Karqo şirkəti 15 mindən çox vergi borcunu ödəmir

30.01.2026

Bu ixtisası seçən tələbələr 700 manata yaxın təqaüd ala bilər

30.01.2026

"Spotify"dan rekord qonorar ödənişi: Sənətçilər əslində nə qədər alır?

30.01.2026

Məzənnə

Yüklənir...