Cəsprid Sinxə görə ilk 100 dollarınızı ağıllı şəkildə necə investisiya etmək olar?

Redaktor

30.01.2026 13:10
80

Cəsprid Sinxə görə ilk 100 dollarınızı ağıllı şəkildə necə investisiya etmək olar?

2025-ci ildə "Charles Schwab Modern Wealth" sorğusu göstərdi ki, investisiya etməyənlərin 49%-i buna səbəb olaraq kifayət qədər vəsaitlərinin olmadığını bildirib. Sorğuda orta başlanğıc məbləği isə 1.000 dollar göstərilib. Lakin çoxlu pul yığana qədər investisiyanı təxirə salmaq, bir çox hallarda gəlirli bir fürsəti – yəni mürəkkəb artımı əldən vermək deməkdir.

Maliyyə mütəxəssisi Cəsprid Sinx son paylaşdığı videoda bildirib ki, sərvət yaratmağa cəmi 100 dollardan (170 manat) başlamaq mümkündür. Onun sözlərinə görə, bu məbləğ 50 il ərzində 34.000 dollardan (567.800 manat) çox arta bilər. O, ilk 100 dollarınızı necə investisiya etməyi və gəlirlərinizi necə artırmağı tövsiyə edib.

Maliyyə əsasınızı gücləndirin

Sinx məsləhət görür ki, investisiyaya başlamazdan öncə şəxsi maliyyə sabitliyiniz təmin olunmalıdır. Əvvəlcə, 2.000 dollarlıq (3.400 manat) fövqəladə fond yaradaraq gözlənilməz xərcləri borcsuz qarşılamaq vacibdir. Daha sonra isə kredit kartı borclarından azad olunmalıdır, çünki bu borclar həm faizlə gəlirinizi azaldır, həm də pul axınınıza mane olur.

Süni intellekt vasitəsilə gəlirinizi artırın

Maliyyə əsaslarınız qurulduqdan sonra, artıq o 100 dolları necə investisiya edəcəyinizi düşünə bilərsiniz. Sinx deyib: “Əgər məqsədiniz daha çox gəlir əldə etməkdirsə, süni intellekt sahəsində ağıllı davranmalısınız, çünki bu, iqtisadiyyatımızda ən böyük və sürətlə inkişaf edən imkanlardan biridir.”

O, ilk 100 dollarınızın bir hissəsini "Claude" və "ChatGPT" kimi süni intellekt alətlərinin ödənişli versiyalarına xərcləməyin faydalı ola biləcəyini qeyd edib. Bu alətlərin imkanlarını istifadə edərək öz biznesinizi qurmaq və ya karyeranızı inkişaf etdirmək mümkündür. Beləliklə, gələcəkdə müntəzəm olaraq 100 dollardan daha çox vəsait investisiya edə bilərsiniz.

Məsələn, Sinx süni intellekt agentlərindən istifadə edərək pəncərə yuma xidmətləri üzrə potensial müştəriləri müəyyənləşdirib onların əlaqə məlumatlarını tapmaqdan danışıb. O, həmçinin bu texnologiyaların virtual assistent, proqram yazarı və gəlir artırma ideyaları üçün beyin fırtınası vasitəsi kimi istifadəsini də vurğulayıb.

Sərvət yaratmaq üçün kitablar oxuyun

Süni intellekt alətləri faydalı olsa da, sərvət yaratmağı öyrənmək üçün müxtəlif mövzularda kitablar oxumaq da önəmlidir.

Sinx aşağıdakı yeddi kateqoriyada kitablar oxumağı tövsiyə edib:

Şəxsi inkişaf, investisiya, maliyyə idarəçiliyi, karyera, liderlik, bioqrafiyalar və biznesin böyüməsi.

Bu kitablar sizə inkişaf yönümlü düşünmə, motivasiyanı qoruma, biznes gəlirini artırma, vəzifədə yüksəlmə və daha az pul xərcləmə kimi faydalı məlumatlar verə bilər.

Sinx daha əvvəlki bir videosunda mütləq oxunmalı olan bir neçə kitabı sadalamışdı. Onların sırasında "Deyv Remzinin" “The Total Money Makeover”, "Lorens İngrassianın" “Billion Dollar Brand Club” və "Deil Karneginin" “How to Win Friends and Influence People” əsərləri də var. Əgər bu kitablara pul xərcləmək istəmirsinizsə, onları kitabxanadan ödənişsiz əldə etmək də mümkündür.

İnvestisiyaya başlayın

Artıq maliyyə əsaslarınız qurulduqdan və gəlir artırmaq üçün yollar tapdıqdan sonra ilk 100 dollarınızı (170 manat) investisiya etməyə hazırsınız. Bu məbləğ, əslində, böyük fərq yarada bilər.

Sinx deyib: “Əgər gündə 4 dollar (6,80 manat) ayıra bilirsinizsə, bu ayda 100 dollar (170 manat) deməkdir və kifayət qədər vaxtınız varsa, milyonçu kimi təqaüdə çıxa bilərsiniz.”

Yekunda gəlir səviyyəsi, investisiya məbləği və zaman faktoru sərvət qurmaq imkanınızı müəyyən edəcək.

100 dolları necə investisiya etməyə gəlincə, siz passiv və ya aktiv yanaşma seçə bilərsiniz. Hər iki üsulun risk səviyyəsi, gəlir potensialı və istifadə olunan strategiyaları fərqlidir.

Passiv investisiya bazar üzrə orta gəliri hədəfləyir və tez-tez "Vanguard Total Stock Market ETF (VTI)" və "SPDR S&P 500 ETF (SPY)" kimi müxtəlifləşdirilmiş fondlar vasitəsilə həyata keçirilir. Sinxin bu yanaşma ilə bağlı məsləhəti isə belədir: “Həmişə almağa davam edin”, yəni seçdiyiniz dövrlərlə – həftəlik və ya aylıq – avtomatik investisiya etməyə davam edin.

Aktiv investisiya isə daha yüksək risk daşıyır, lakin daha böyük gəlir potensialına malikdir. Sinx bildirib ki, dəyəri aşağı qiymətləndirilmiş şirkətləri müəyyənləşdirmək, onların maliyyə hesabatlarını diqqətlə təhlil etmək və bazardakı dəyişikliklərə diqqət yetirmək bu yanaşmada əsasdır.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Manat avro qarşısında ucuzlaşır: Bu, iqtisadiyyat üçün nə deməkdir?

30.01.2026

Bu karqo şirkətinin vergi borcu var

30.01.2026

Bu ixtisası seçən tələbələr 700 manata yaxın təqaüd ala bilər

30.01.2026

"Spotify"dan rekord qonorar ödənişi : Sənətçilər əslində nə qədər alır?

30.01.2026

İlon Maskın şirkətləri birləşəcək?

30.01.2026

Cəsprid Sinxə görə ilk 100 dollarınızı ağıllı şəkildə necə investisiya etmək olar?

30.01.2026

“AzərGold” ixrac gəlirlərini 58 milyon dollar artırıb

30.01.2026

Sabahın hava proqnozu

30.01.2026

"Apple" bu startapı 2 milyard dollara satın aldı

30.01.2026
Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?

Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?

30.01.2026

İlham Əliyev Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

30.01.2026

Proqramlaşdırma qadınların işi idi, kişilərin deyil

30.01.2026

Azərbaycanda qorunan əmanətlər üzrə faiz həddi eyni səviyyədə saxlanılıb

30.01.2026

“Azərkosmos”un gəlirləri açıqlandı - Azalma var

30.01.2026

İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - SİYAHI

30.01.2026

"İşçi hiss etməlidir ki, şirkət böyüdükcə onun da rifahı yaxşılaşır" - Anar Bayramov

30.01.2026

Tanınmış iş adamı həbs edildi

30.01.2026
“Meqa Sığorta”nın yığımları azaldı

“Meqa Sığorta”nın yığımları azaldı - 3 milyon manatlıq geriləmə

30.01.2026

"Səba" Ağsudakı torpağın alqı-satqısı ilə bağlı müzakirə aparacaq

30.01.2026

Dubayda bu küçə qızıla qərq olacaq

30.01.2026

Məzənnə

Yüklənir...