Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?

Redaktor

30.01.2026 12:10
42

Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?

Bəzən insanlar kartdan karta pul göndərən zaman səhvən başqa hesaba göndərirlər. Kartdan karta pul köçürülməsi zamanı ad soyad tələb olunmadığı üçün kimin hesabına köçürdüklərini də bilmirlər. Bu zaman problem necə həll olunur? Səhvən pul alan şəxs bu məbləği özündə saxlaya bilərmi, yoxsa qaytarmalıdır?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Valyuta.az-a bildirdi ki, bununla bağlı qanun var və bu, Mülki Məcəllədə “yersiz varlanma” adlanır:

“Bu zaman pulu səhv atan vətəndaş atdığı şəxsin kim olduğunu bilmədiyi üçün öz bankına müraciət etməlidir. Həmin bank səhv atılan şəxsin bankına müraciət edir ki, bank bununla məşğul olsun və pulu geri alsın. Pul geri qaytarıldığı zaman komissiya tutulduğu üçün onsuz da eyni məbləğ əldə edilməyəcək. Şəxs pulu qaytarmırsa və pulun ona başqa yerdən gəldiyini iddia edirsə, göndərən şəxs məhkəməyə müraciət etməlidir. Burda isə əsas problem alan şəxsin kimliyinin bank tərəfindən gizlədilməsidir. Bu vəziyyətdə həmin şəxs pulu alanın bankını məhkəməyə dəvət etməlidir. Bank məhkəməyə verildiyi təqdirdə iddia ərizəsində dəyişiklik edilir və cavabdeh kimi alan şəxsin özü məhkəməyə çağırıllr. Məhkəmə alan şəxsdən pulun haradan gəldiyini əsaslandırmasını tələb edəcək. Əgər əsaslandırma edəcək dəlil yoxdursa, bu zaman pul həmin şəxsdən geri alınacaq”. 

 Şəbnəm İbrahimxəlilova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...