“Meqa Sığorta”nın yığımları azaldı

Redaktor

30.01.2026 10:50
115

“Meqa Sığorta”nın yığımları azaldı - 3 milyon manatlıq geriləmə

Ötən ilin yanvar-dekabr aylarında “Meqa Sığorta” ASC-nin sığorta yığımlarında 3 milyon 67 min manat və ya 8,46% azalma müşahidə edilib.

Valyuta.az xəbər verir ki, hesabat dövründə sığorta şirkətinin yığımlardan əldə etdiyi məbləğ 33 milyon 150 min manat olub. 2024-cü ilin eyni dövründə isə bu göstərici 36 milyon 217 min manat təşkil edib.

“Meqa Sığorta"nın sığorta ödənişlərinə gəldikdə, yığımların azalması fonunda ödənişlərin artması şirkətin zərərliliyinə, yəni ödəniş-yığım nisbətinə mənfi təsir göstərib.

Daha dəqiq desək, sığorta şirkətinin ödənişlərində 447 min manat və ya 2,84% artım qeydə alınıb. “Meqa Sığorta” ötən ilin müvafiq dövründə16 milyon 146 min manat məbləğində ödəniş həyata keçirib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 15 milyon 699 min manat olub.

Şirkət qeyd olunan dövrdə hər 100 manatdan 48,70 manatını ödəniş üçün ayırıb. Halbuki 2024-cü ilin eyni dövründə bu göstərici 43,34 manat təşkil edib.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...