Redaktor
“İpək Yolu Sığorta”nın yığımları da yarım milyona yaxın azaldı
2025-ci ilin yanvar-dekabr aylarında “İpək Yolu Sığorta”nın yığımları azalıb.
Valyuta.az xəbər verir ki, sığorta şirkətinin topladığı sığorta haqları illik müqayisədə 456 min manat və ya 7,66% azalıb.
Belə ki, 2025-ci ilin yanvar-dekabr aylarında “İpək Yolu Sığorta” 5 milyon 734 min manat həcmində sığorta haqqı toplayıb. 2024-cü ilin eyni dövründə isə bu göstərici 6 milyon 210 min manat təşkil edib.
Hesabat dövründə şirkətin sığorta ödənişləri də azalıb. Belə ki, 2025-ci ilin yanvar-dekabr aylarında ödənişlərin həcmi 227 min manat olub.
Bu göstərici 2024-cü ilin müvafiq dövründə 256 min manat təşkil edib. Nəticədə ödənişlər 29 min manat və ya 11,32% azalıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında şirkət topladığı hər 100 manat sığorta haqqının 3,95 manatını ödənişlərə yönəldib. 2024-cü ilin eyni dövründə isə bu göstərici 4,12 manat olub.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?
30.01.2026İlham Əliyev Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
30.01.2026Proqramlaşdırma qadınların işi idi, kişilərin deyil
30.01.2026Azərbaycanda qorunan əmanətlər üzrə faiz həddi eyni səviyyədə saxlanılıb
30.01.2026“Azərkosmos”un gəlirləri açıqlandı - Azalma var
30.01.2026İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - SİYAHI
30.01.2026"İşçi hiss etməlidir ki, şirkət böyüdükcə onun da rifahı yaxşılaşır" - Anar Bayramov
30.01.2026Tanınmış iş adamı həbs edildi
30.01.2026