Redaktor
Azərbaycanda qorunan əmanətlər üzrə faiz həddi eyni səviyyədə saxlanılıb
“Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-ci maddəsi ilə nəzərdə tutulan prosesin səmərəliliyinin artırılması məqsədilə, Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırılmaqla Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsinə dair Metodologiya təsdiq edilib.
Valyuta.az xəbər verir ki, qeyd olunan Metodologiyanın məqsədi, qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin bazarda formalaşan depozit faizləri üzrə real dinamika ilə uzlaşdırılmasını, eləcə də bu həddin şəffaf və ölçülə bilən meyarlar əsasında müəyyən olunmasını təmin etməkdən ibarətdir.
Metodologiyaya müvafiq olaraq aparılmış hesablamalara əsasən, 2025-ci ilin son altı ayı ərzində banklar tərəfindən fiziki şəxslərdən milli valyutada cəlb olunmuş uzunmüddətli əmanətlər (müddəti 9 aydan çox olan əmanətlər) üzrə orta bazar faiz dərəcəsi azalma dinamikası nümayiş etdirməklə 10% təşkil edib.
Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 28 yanvar 2026-cı il tarixli iclasında, sözügedən Metodologiyadan irəli gələrək üzərinə 2 faiz bəndi əlavə edilməklə, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin dəyişdirilməyərək 12% səviyyəsində saxlanılmasına dair qərar qəbul edilib.
Qeyd edək ki, adı çəkilən MQAetodologiya əsasında qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinə dair növbəti qərarların ildə iki dəfə olmaqla qəbul edilməsi, həmin qərarların Fondun rəsmi internet səhifəsində açıqlanması və bank əmanətçilərinin müvafiq qaydada məlumatlandırılması təmin ediləcək. Məlumat üçün bildirilir ki, məsələ ilə bağlı növbəti qərarın 2026-cı ilin iyul ayında qəbul edilməsi nəzərdə tutulub.
Sığortalanmış əmanət, o cümlədən ƏSF-yə üzv olan banklarda milli və xarici valyutada olan qorunan əmanətlər üzrə hazırda qüvvədə olan illik faiz dərəcəsinin yuxarı hədləri barədə məlumat növbəti keçid vasitəsilə əldə oluna bilər: https://adif.gov.az/az/insured-deposit.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlon Maskın şirkətləri birləşəcək?
30.01.2026Cəsprid Sinxə görə ilk 100 dollarınızı ağıllı şəkildə necə investisiya etmək olar
30.01.2026“AzərGold” ixrac gəlirlərini 58 milyon dollar artırıb
30.01.2026Sabahın hava proqnozu
30.01.2026"Apple" bu startapı 2 milyard dollara satın aldı
30.01.2026
Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?
30.01.2026İlham Əliyev Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
30.01.2026Proqramlaşdırma qadınların işi idi, kişilərin deyil
30.01.2026Azərbaycanda qorunan əmanətlər üzrə faiz həddi eyni səviyyədə saxlanılıb
30.01.2026“Azərkosmos”un gəlirləri açıqlandı - Azalma var
30.01.2026İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - SİYAHI
30.01.2026"İşçi hiss etməlidir ki, şirkət böyüdükcə onun da rifahı yaxşılaşır" - Anar Bayramov
30.01.2026Tanınmış iş adamı həbs edildi
30.01.2026