Redaktor
Proqramlaşdırma qadınların işi idi, kişilərin deyil
1940-50-ci illərdə proqramlaşdırma “sıxıcı, aşağı statuslu, katibə işi” kimi görülürdü. Buna görə də kod yazmaq işi qadınlara verildi. Beləcə proqramlaşdırma, əslində qadın əməyi ilə yarandı və yüksəldi.
1946-cı ildə “ENİAC”-ın bütün proqramistləri qadınlar idi. Bələdçi və proqramlama dili yox idi. Sadəcə qrafik təsvirlərə baxaraq hər şeyi sıfırdan yazdılar. Media gəldikdə isə, maşını tanıtdılar, qadını yox.
Aya aparan riyaziyyat qadınların əsəridir
NASA-nın Apollo layihələrində “İnsan kompüterlər”, yəni qadın proqramistlər orbit hesablarını əvvəl əllə, sonra İBM-lərə köçürərək yazdılar. Proqramlama qadın işi sayıldığı üçün kompüterlər də onların əlində idi.
Sektor tanındıqca vəzifə kişilərin əlinə keçdi
1984-cü ildə Amerika Ştatlarındakı proqramistlərin sadəcə 38%-i qadınlar idi. Həmin vaxt texnoloji sektor böyüməyə başladı. Proqramlaşdırma artıq “katibəlik” deyil, “mühəndislik” olaraq tanınmağa başladı.
Sistem kişilərə görə quruldu
Şirkətlər işə götürərkən kişiləri önə çıxaracaq testlər yaratmağa başladılar. Daha çox kişilərin aldığı riyaziyyat təhsilini önə çıxardacaq imtahanlar təşkil olunurdu. Antisosial və obsessiv olan kişilər “ideal proqramist” adlanmağa başladı. 1960-cı illin sonunda şirkətlərin 80%-i bu cür testləri standart halına gətirmişdilər.
Ev kompüterləri sadəcə oğlan uşaqları üçün satılırdı
1980-ci illərdə ev kompüterləri satışı zamanı reklam çarxlarında oğlan uşaqları çəkilirdi. Ailələr bunu oğlan uşaqları üçün alırdılar, qız uşaqları üçün deyil. Evdə olsa belə kompüter oğlanların otağında olurdu. Beləcə oğlanlar universitetə gələnə qədər illərlə təcrübə qazanırdılar, qızlar isə geridə qalırdı.
Bu gün isə qadınların yalnız 28%-i proqramistdir.
Şəbnəm İbrahimxəlilova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlon Maskın şirkətləri birləşəcək?
30.01.2026Cəsprid Sinxə görə ilk 100 dollarınızı ağıllı şəkildə necə investisiya etmək olar
30.01.2026“AzərGold” ixrac gəlirlərini 58 milyon dollar artırıb
30.01.2026Sabahın hava proqnozu
30.01.2026"Apple" bu startapı 2 milyard dollara satın aldı
30.01.2026
Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?
30.01.2026İlham Əliyev Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
30.01.2026Proqramlaşdırma qadınların işi idi, kişilərin deyil
30.01.2026Azərbaycanda qorunan əmanətlər üzrə faiz həddi eyni səviyyədə saxlanılıb
30.01.2026“Azərkosmos”un gəlirləri açıqlandı - Azalma var
30.01.2026İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - SİYAHI
30.01.2026"İşçi hiss etməlidir ki, şirkət böyüdükcə onun da rifahı yaxşılaşır" - Anar Bayramov
30.01.2026Tanınmış iş adamı həbs edildi
30.01.2026