"İşçi hiss etməlidir ki, şirkət böyüdükcə onun da rifahı yaxşılaşır"

Redaktor

30.01.2026 11:17
180

"İşçi hiss etməlidir ki, şirkət böyüdükcə onun da rifahı yaxşılaşır" - Anar Bayramov

Bir çox işçilər işlədiyi yerlərin qazancı çox olsa da, maaşlarının az olmasında şikayət edirlər. Bəzi işçilər “Şirkət çox qazanırsa, mənə də çox maaş verməlidir” deyə düşünür. Onların bu tələbi rəhbərlər tərəfindən heç də xoş qarşılanmır. Rəhbərlər şirkətin gəlirinin onlara aid olduğunu, işçinin isə gördüyü işin müqabilində və ölkədəki əmək bazarındakı rəqəmlərə uyğun maaş almalı olduğunu qeyd edirlər.

İşçi şirkətin gəlirlərinin çox olmasını nəzərə alaraq yüksək maaş istəyə bilər? Əgər şirkət çox qazanırsa, işçiyə də yüksək maaş verməlidir?

“SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov Valyuta.az-a bildirir ki, bu tip mübahisələrin kökündə maaşın məbləği yox, gözləntilərin aydın və uzlaşdırılmış olmaması dayanır:

“Sağlam şirkətlərdə işçi ilə şirkət arasında dialoq elə qurulmalıdır ki, hər iki tərəf əvvəlcədən bilsin: şirkətin işçidən, işçinin də şirkətdən gözləntisi nədir? Bu münasibətlər şəffaf mexanizmlərlə tənzimlənsin”.

O, qeyd edib ki, ən vacib məsələ maraqların uzlaşdırılmasıdır: “İşçi hiss etməlidir ki, şirkət böyüdükcə onun da rifahı yaxşılaşır. Eyni zamanda şirkət də işçinin inkişafına, peşəkar böyüməsinə sevinməli və bunu risk yox, sərmayə kimi görməlidir. Belə olduqda işçi şirkətin qazancına sevinir, şirkət də işçinin uğurundan narahat olmur. Əgər bu mexanizmlər qurulmayıbsa, maaşla bağlı narazılıqlar, “şirkət çox qazanır, mən niyə az alıram” kimi emosional yanaşmalar qaçılmaz olur. Problem qazancda yox, sistemin və mədəniyyətin olmamasındadır”.

Şəbnəm İbrahimxəlilova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...