Sosial mediada saxta güclü görünmək

Redaktor

07.01.2026 15:00
108

Sosial mediada saxta güclü görünmək - Şəxsi brendinqdəki səhv

Müasir dövrdə sosial media özünü tanıtmaq üçün ən ideal yerlərdən biri olduğu üçün hər gün sosial şəbəkədə öz imici qaldırmağa çalışan insanları görürürük. Özünü mediada hər nə qədər yaxşı təqdim etsə belə, bəzən  həmin şəxslərlə üz-üzə danışdıqda heç də özünü təqdim etdiyi qədər peşəkar olmadığı üzə çıxır. Yəni sosial mediadakı şəxslə real şəxs arasında bir boşluq var. Bəzən insanlar özünü olduğundan daha yüksək təqdim edir.

Ümumiyyətlə, sosial mediada özümüzü olduğumuz kimi təqdim edək, yoxsa realdakından daha prestijli təqdim edə bilərik? 

Rəqəmsal marketoloq Aydan Salay Valyuta.az-a bildirir ki, müasir dövrdə sosial media insanın şəxsi brendinin ən güclü vitrini rolunu oynayır. Amma bu vitrində göstərilənlə real həyatda qarşılaşılan şəxs arasında uyğunsuzluq yarananda, bu artıq problemə çevrilir:

“Sosial mediada özünü təqdim etmək - özünü olduğundan “yaxşı göstərmək” deyil, özünü düzgün göstərməkdir. Burada əsas məqsəd reallığı daha peşəkar şəkildə qablaşdırmaqdır, onu saxtalaşdırmaq yox.
Əgər bir insan sosial mediada yaratdığı obrazla real bacarığı arasında böyük fərq qoyursa, bu qısa müddətdə diqqət çəksə belə, uzunmüddətli perspektivdə karyerasına ciddi zərər verir. Çünki real görüşlərdə, müsahibələrdə və əməkdaşlıqlarda həmin boşluq mütləq üzə çıxır və bu da etibarı sarsıdır. Etibar isə şəxsi brendin ən dəyərli valyutasıdır. Sağlam şəxsi brend belə qurulur. İnsan özünü olduğu kimi göstərir, amma özünün ən güclü, ən peşəkar və ən inkişaf etmiş versiyasını önə çıxarır. Sosial media burada güzgü deyil, səhnədir. Səhnədə rol oynamaq olar, amma bu rol real qabiliyyətə söykənməlidir”.

O qeyd edir ki, bu boşluğu aradan qaldırmağın yolu isə davamlı öyrənməkdir: “Bacarıqları real nəticələrlə sübut etmək və sosial mediada paylaşılan hər iddianın arxasında real təcrübə qoymaq. Əslində, ən güclü imic insanın özünü tanıması və onu dürüst, sistemli və strateji şəkildə təqdim etməsidir. Bu balans qurulduqda, sosial media karyera üçün risk deyil, əksinə güclü bir sürətləndirici alətə çevrilir”.

Şəbnəm İbrahimxəlilova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Hər kəsin uzaq durmalı olduğu 7 əsas maliyyə xətası

08.01.2026

"Galaxy S26"nın təqdimat tarixi açıqlandı: Model haqqında nə məlumdur?

08.01.2026

Keçmiş NASA alimi fizika qanunlarını pozan mühərrik yaratdığını iddia edir

08.01.2026

İnsan resursları mütəxəssislərindən işdən çıxarılanlara dörd məsləhət

08.01.2026

Sahil Babayevin yeni müavini o oldu

08.01.2026

Təhsilini başa vurmayan şəxslərə arayış elektron qaydada veriləcək

08.01.2026

Azərbaycan uşaq arabalarını haradan alır? - Ölkələr, Qiymətlər

08.01.2026

"Araz" firması nizamnamə kapitalını 900 manat endirdi

08.01.2026

2026-cı ilin torpaq qiymətləri: Artım hansı ərazilərdə olacaq?

08.01.2026

"Zabrat maşınqayırma zavodu" özəlləşdirilib

08.01.2026

Azərbaycanda 150 milyonluq şirkət yenidən təşkil olunur

08.01.2026

İxrac gəlirləri azalan şirkətlər - SİYAHI

08.01.2026
“ABB-İnvest İnvestisiya Şirkəti”nin rəhbərliyinə mühüm təyinat

“ABB-İnvest İnvestisiya Şirkəti”nin rəhbərliyinə mühüm təyinat

08.01.2026

Məmurlar şikayət etdilər, İsayevlər bir milyon manat ödəyəcəklər

08.01.2026

Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub

08.01.2026

İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə RENKİNQİ

08.01.2026

Milli valyutadaki uzunmüddətli kreditlər 2 milyard manatdan çox artıb

08.01.2026

Media subyektləri vergidən azaddır, bəs jurnalistlər? - RƏSMİ

08.01.2026

Rüşvətlə əlillik dərəcəsi verən vəzifəli şəxs həbs olundu

08.01.2026

"Anthropic" 10 milyard dollarlıq investisiya almağa hazırlaşır

08.01.2026

Məzənnə

Yüklənir...