Azərbaycan uşaq arabalarını haradan alır?

Redaktor

01.02.2026 12:50
417

Azərbaycan uşaq arabalarını haradan alır? - Ölkələr, Qiymətlər

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xarici ölkələrdən ümumilikdə 47 min 207 ədəd uşaq arabası idxal edilib.

Valyuta.az xəbər verir ki, idxal olunan uşaq arabalarının ümumi dəyəri 1 milyon 750 min 640 ABŞ dolları təşkil edib.

Statistikaya görə, uşaq arabaları Rusiya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Çin, Gürcüstan, İran İslam Respublikası, Türkiyə, Almaniya, İtaliya və Polşa kimi ölkələrdən gətirilib.

Rusiyadan ümumi dəyəri 0,2 min ABŞ dolları olmaqla 7 ədəd uşaq arabası idxal olunub. Bir ədədin orta qiyməti təxminən 29 ABŞ dolları və ya 48 manat təşkil edib.

Amerika Birləşmiş Ştatlarından 0,04 min ABŞ dolları dəyərində 1 ədəd məhsul gətirilib. Bir ədədin qiyməti 40 ABŞ dolları və ya 68 manat olub.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından 0,16 min ABŞ dolları dəyərində 2 ədəd uşaq arabası idxal edilib. Bir ədədin qiyməti 80 ABŞ dolları və ya 136 manat təşkil edib.

Ən çox uşaq arabası Çindən gətirilib. Belə ki, bu ölkədən 43 min 135 ədəd uşaq arabası 1 milyon 655 min 390 ABŞ dolları dəyərində idxal olunub. Bir ədədin orta qiyməti 39 ABŞ dolları və ya 65 manat olub.

Gürcüstandan 0,05 min ABŞ dolları dəyərində 2 ədəd uşaq arabası gətirilib. Bir ədədin qiyməti 25 ABŞ dolları və ya 42,5 manat təşkil edib.

İran İslam Respublikasından 62,73 min ABŞ dolları dəyərində 3 888 ədəd uşaq arabası idxal olunub. Bir ədədin orta qiyməti 16 ABŞ dolları və ya 27 manat olub.

Türkiyədən 6,4 min ABŞ dolları dəyərində 59 ədəd uşaq arabası gətirilib. Bir ədədin qiyməti 108 ABŞ dolları və ya 184 manat təşkil edib.

Almaniyadan 0,62 min ABŞ dolları dəyərində 22 ədəd uşaq arabası idxal olunub. Bir ədədin orta qiyməti 28 ABŞ dolları və ya 48 manat olub.

İtaliyadan 2,35 min ABŞ dolları dəyərində 7 ədəd uşaq arabası gətirilib. Bir ədədin qiyməti 336 ABŞ dolları və ya 571 manat təşkil edib.

Polşadan isə 28,47 min ABŞ dolları dəyərində 84 ədəd uşaq arabası idxal olunub. Bir ədədin orta qiyməti 339 ABŞ dolları və ya 576 manat olub.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb

14.03.2026

Sosial mediada kimlik oğurluğu: Saxta səhifələr necə işləyir?

14.03.2026

"Google" "Gemini" ilə ani selləri proqnozlaşdırmaq üçün 5 milyon xəbər məqaləsini analiz edib

14.03.2026

Azərbaycanda dövlət agentliyi ləğv edildi

14.03.2026

Dünyanın ən zəngin və xoşbəxt ölkələri - Siyahı

14.03.2026

Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ

14.03.2026

“Wonderful” 150 milyon dollar investisiya alıb

14.03.2026

Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?

14.03.2026

Azərbaycan neftinin qiyməti 109 dolları keçdi

14.03.2026

Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb

14.03.2026

2 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU

14.03.2026

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür

13.03.2026

AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

13.03.2026

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13.03.2026

"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq

13.03.2026

"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı

13.03.2026

Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL

13.03.2026

Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu

13.03.2026

Məzənnə

Yüklənir...