Redaktor
"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
"Jo Malone London" ətir brendinə sahib olan Amerika şirkəti "Estee Lauder" brendin təsisçisi Co Maloneya qarşı London Ali Məhkəməsində iddia qaldırıb.
Valyuta.az bu barədə "Financial Times" (FT) qəzetinə istinadən xəbər verir.
"Estee Lauder" xanım Maloneni İspaniyanın "Zara" pərakəndə satış şirkəti ilə əməkdaşlıq çərçivəsində yaratdığı ətirlərin etiketlərində öz adını istifadə etməkdə ittiham edir. "Estee Lauder" FT-yə verdiyi şərhdə iddianı təsdiqləyib.
Co Malone 1990-cı ildə "Jo Malone London" ətir brendini yaradıb. 1999-cu ildə brendi və Malone adının qismən hüquqlarını "Estee Lauder" alıb. Bu müqaviləyə əsasən Co Maloneyyə ətir sahəsində öz adından marketinq məqsədilə istifadə etməsi qadağan olunub. Sonrakı illərdə Malone satış barədə peşmanlığını ifadə edib və bunu “həyatının ən böyük səhvi” adlandırıb.
2006-cı ildə Co Malone "Jo Malone" brendinin kreativ direktoru vəzifəsini tərk edib. "Estee Lauder" ilə müqaviləyə görə, Malone beş il müddətində ətir sahəsində işləyə bilməzdi. 2011-ci ildə o, "Jo Loves" brendini yaradıb və 2019-cu ildə "Zara" ilə əməkdaşlıq çərçivəsində yeni ətir kolleksiyasını təqdim edib. Keçən il buraxılan ətirlərdə etiketdə “Jo Malone, "Jo Loves"un yaradıcısı” ifadəsi göstərilib.
"Estee Lauder" bildirir ki, Malonenin adı ilə yeni kommersiya layihələrində iştirak etməsi hüquqi müqavilənin sərhədlərini aşır və "Jo Malone London" brendinin unikal imicinə zərər verir.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ
13.03.2026"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri
13.03.2026Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb
13.03.2026Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®
13.03.20261 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır
13.03.2026"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı
13.03.2026
Regionlar üzrə kredit faizləri - İllik müqayisə
13.03.2026“Sunday” startapı 165 milyon dollar investisiya alıb
13.03.2026Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub
13.03.2026"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
13.03.2026