Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür

Redaktor

13.03.2026 20:24
26

Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür

Google-un həmtəsisçisi Sergey Brin deyir ki, şirkət çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür.

Sergey Brin bildirib ki, “Google” getdikcə daha çox bakalavr diplomu olmayan insanları işə qəbul edir. Bu isə dünyada iş bazarının diplomdan çox bacarıqlara diqqət yetirməsi tendensiyasını göstərir.

Brin, bu fikirləri Stanford Universitetinin mühəndislik tələbələri ilə görüşdə deyib. Onun sözlərinə görə, Google hələ də çoxlu güclü akademik mütəxəssislərlə işləyir. Amma şirkətdə özünü öyrədən və qeyri-ənənəvi yollarla inkişaf edən çoxlu insanlar da var.

Brin deyib: “Biz çoxlu akademik ulduzlar işə götürmüşük, amma bakalavr diplomu olmayan çoxlu insan da işə götürmüşük. Onlar sadəcə özləri bir küncdə nəsə öyrənib, problemləri həll etməyi bacarırlar.”

Statistik məlumatlar da bunu təsdiqləyir. "Burning Glass Institute" adlı araşdırma təşkilatına görə, Google-da universitet diplomu tələb olunan vakansiyaların payı 2017-ci ildə 93% idisə, 2022-ci ildə 77%-ə düşüb.

Digər böyük texnologiya şirkətləri də eyni istiqamətdə hərəkət edir. Məsələn, "Microsoft", "Apple" və "Cisco"-da işə qəbul zamanı diplomdan çox real bacarıqlara baxmağa başlayıblar.

Sergey Brin özü də deyir ki, o kompüter elmini diplom üçün yox, marağı olduğu üçün seçib: “Mən kompüter elmini seçdim, çünki ona həvəsim var idi”. 

Brin Stanford Universitetində doktorantura oxuyarkən Larry Page ilə tanış olub və Google üzərində işləməyə başlayıb. O, 1995-ci ildə magistr dərəcəsi alıb, amma doktoranturanı davam etdirməyib və Google üzərində işləməyə qərar verib.

Brin tələbələrə xəbərdarlıq edib ki, AI (süni intellekt) bəzi işləri əvəz edə bilər deyə ixtisas seçimlərini dəyişməsinlər. Məsələn, proqramlaşdırma yerinə ədəbiyyat oxumağa keçməyin də məntiqli olmadığını deyib. Onun sözlərinə görə  süni intellekt müqayisəli ədəbiyyatda da çox yaxşı ola bilər.

Digər böyük şirkət rəhbərləri də bu fikirlə razıdır. JPMorgan Chase şirkətinin rəhbəri Jamie Dimon deyib ki, prestijli universitet və yüksək qiymətlər həmişə yaxşı işçi olacağın demək deyil. Çox insanın real bacarığı CV-də görünmür.

Palantir şirkətinin rəhbəri Alex Karp isə bildirib ki, bir işçinin universitetə getməməsi, zəif universitetdə oxuması və ya Harvard məzunu olması onlar üçün fərq etmir. Palantirə gələndən sonra hamı eynidir.

Sergey Brin deyir ki, bacarıqlara əsaslanan işə qəbul artdıqca universitetlərin rolu və məqsədi barədə yenidən düşünmək lazım gələcək.

Şəbnəm İbrahimxəlilova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür

13.03.2026

AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

13.03.2026

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13.03.2026

"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq

13.03.2026

"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı

13.03.2026

Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL

13.03.2026

Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu

13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

13.03.2026

"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri

13.03.2026

Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb

13.03.2026

Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®

13.03.2026

1 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır

13.03.2026

"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı 

13.03.2026
Regionlar üzrə kredit faizləri

Regionlar üzrə kredit faizləri - İllik müqayisə

13.03.2026

“Sunday” startapı 165 milyon dollar investisiya alıb

13.03.2026

Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub

13.03.2026

"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır

13.03.2026
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir

Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI

13.03.2026

Nazirlik "Dokta"da yoxlama apardı - Pozuntular aşkarladı

13.03.2026

Məzənnə

Yüklənir...