2 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi

Redaktor

14.03.2026 08:30
67

2 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU

Bu gün hamımız "Colgate" diş pastasını və ya "Palmolive" sabununu tanıyırıq. Dünyanın demək olar ki, hər ölkəsində satılan bu məhsullar böyük bir qlobal şirkətin - "Colgate-Palmolive"in brendləridir. Lakin bu nəhəng şirkətin hekayəsi olduqca sadə bir biznesdən başlayıb.

Valyuta.az "Colgate-Palmolive" şirkətinin maraqlı tarixini təqdim edir.

Kiçik sabun biznesi ilə başlayan yol

Şirkətin əsası 1806-cı ildə ingilis əsilli sahibkar William Colgate tərəfindən Nyu-York şəhərində qoyulub. O zaman Colgate kiçik bir fabrikdə sabun, şam və nişasta istehsal edirdi. Şirkət böyük rəqabətə baxmayaraq məhsullarının keyfiyyəti sayəsində qısa müddətdə tanınmağa başladı.

"Colgate"in tarixində ən mühüm dönüş nöqtələrindən biri 1873-cü ildə ilk kütləvi istehsal olunan diş pastasının təqdim edilməsi oldu. Bu yenilik insanların evdə hazırladığı diş tozlarını tədricən əvəz etdi və ağız gigiyenasında yeni standart yaratdı.

Bir neçə onillik sonra - 1896-cı ildə "Colgate" dünyada ilk dəfə qatlanan diş pastası tubunu təqdim etdi. Bu yenilik diş pastasının istifadəsini daha rahat və populyar etdi.

Şirkətin tarixində digər mühüm hadisə 1928-ci ildə "Colgate" ilə "Palmolive-Peet" şirkətlərinin birləşməsi oldu. "Palmolive" sabunu isə palma və zeytun yağlarından hazırlanan məşhur məhsul idi və bazarda böyük uğur qazandı.

Bu birləşmə nəticəsində "Colgate-Palmolive" adlı böyük şirkət yarandı və brend qısa müddətdə beynəlxalq bazarlara çıxmağa başladı.

20-ci əsrdə şirkət fəaliyyətini sürətlə genişləndirərək Kanada, Avropa və Asiya bazarlarına daxil oldu. Sonrakı illərdə isə şirkət yalnız ağız gigiyenası məhsulları ilə kifayətlənməyərək şəxsi qulluq və ev təmizliyi məhsulları bazarında da güclü mövqe qazandı.

Bu gün "Colgate-Palmolive" dünyanın ən böyük istehlak məhsulları şirkətlərindən biri hesab olunur. Şirkətin məlumatına görə, 2024-cü ildə satışları 19,5 milyard dollara çatıb.

Beləliklə, iki əsrdən çox əvvəl sadə sabun istehsalı ilə başlayan biznes bu gün dünyanın ən tanınmış qlobal brendlərindən birinə çevrilib. 

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 109 dolları keçdi

14.03.2026

Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb

14.03.2026

2 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU

14.03.2026

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür

13.03.2026

AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

13.03.2026

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13.03.2026

"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq

13.03.2026

"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı

13.03.2026

Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL

13.03.2026

Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu

13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ

13.03.2026

"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri

13.03.2026

Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb

13.03.2026

Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®

13.03.2026

1 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır

13.03.2026

"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı 

13.03.2026
Regionlar üzrə kredit faizləri

Regionlar üzrə kredit faizləri - İllik müqayisə

13.03.2026

“Sunday” startapı 165 milyon dollar investisiya alıb

13.03.2026

Məzənnə

Yüklənir...