Redaktor
Milli valyutadakı uzunmüddətli kreditlər 2 milyard manatdan çox artıb
2025-ci ilin 1 dekabr tarixinə bank və qeyri-bank sektoru üzrə milli valyutada verilmiş uzunmüddətli kreditlərin həcmi 22 milyard 741,4 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 milyard 356,3 milyon manat və ya 11,55% çoxdur.
2024-cü ilin yanvar-noyabr aylarında milli valyutada verilmiş uzunmüddətli kreditlərin ümumi məbləği 20 milyard 385,1 milyon manat olub. Bunun 19 milyard 127,5 milyon manatı banklar, 1 milyard 257,6 milyon manatı isə qeyri-bank kredit təşkilatlarının payına düşüb.
2025-ci ilin yanvar-noyabr aylarında isə müvafiq göstəricilər banklar üzrə 21 milyard 445,3 milyon manat, qeyri-banklar üzrə isə 1 milyard 296,1 milyon manat təşkil edib.
Tənzilə Ağabalayeva