Redaktor
"Galaxy S26"nın təqdimat tarixi açıqlandı: Model haqqında nə məlumdur?
"Samsung" illik Unpacked tədbirini keçirəcək və 25 fevral 2026-cı ildə "Galaxy S26" flaqman smartfon seriyasını təqdim edəcək. Satışa isə cihazlar yalnız mart ayında çıxacaq.
Valyuta.az xəbər verir ki, bu barədə "GSMArena" saytı nüfuzlu insayder "OnLeaks-ə istinadən yazıb.
Son illərdə "Samsung" flaqman seriyasını ilin əvvəlində, adətən yanvar ayının ortası və sonlarında təqdim edirdi: "Galaxy S25 "22 yanvar 2025-ci ildə, "Galaxy S24" isə 17 yanvar 2024-cü ildə nümayiş olunmuşdu. Beləliklə, "Galaxy S26" təqdimatı adi vaxtdan bir ay gecikmiş olacaq.
Gecikmənin səbəbi məhsul strategiyasının yenidən gözdən keçirilməsi ilə izah olunur: "Samsung" ultranazik "Galaxy S26 Edge" modelindən imtina edib və qısa müddət ərzində "Galaxy S26 Plus" modelini seriyaya qaytarıb. Bu isə hazırlıq prosesini çətinləşdirib və adi təqdimat müddətinə sığmağa imkan verməyib.
Baza model bir az böyüdülmüş ekran (6,3 düym əvəzinə 6,2), yeni prosessor (Snapdragon 8 Elite Gen 5 və ya bölgəyə görə Exynos 2600) və 4300 mAh batareya (əvvəlki modeldə 4000 mAh) ilə təchiz olunacaq.
Flaqman "Galaxy S26 Ultra"nın isə gözlənilən xüsusiyyətləri belədir: yeni OLED M14 ekran, 10 MP teleobyektivdə yüngül təkmilləşmə və simli sürətli şarj 45 W-dan 60 W-a yüksələcək. Eyni zamanda cihaz incələcək (7,9 mm əvəzinə 8,2 mm) və çəkisi 218 q-dan 214 q-a düşəcək.
Əvvəllər bildirildiyi kimi, komponentlərin və gömrük xərclərinin artması səbəbindən "S26 Ultra"nın ən bahalı modeli 50–100 dollar bahalaşacaq. Digər modellər isə "iPhone 17" ilə rəqabət etmək üçün əvvəlki qiymət səviyyəsini saxlayacaq.
İnsayder qeyd edib ki, "Samsung" böyük kamera yeniliklərini "Galaxy S27 Ultra" üçün saxlayıb. Şirkət üç əsas sensoru – əsas, ultra-geniş bucaqlı və ön kameranı dəyişməyi planlaşdırır.
Paşa Məmmədli