Redaktor
Rüşvətlə əlillik dərəcəsi verən vəzifəli şəxs həbs olundu
Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Valyuta.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Əliyeva Könül Zakir qızının “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Həkim Məsləhət Komissiyasının sədri vəzifəsində işlədiyi dövrdə müxtəlif qanunsuzluqlara yol verməsi barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-dən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
İbtidai istintaqla Könül Əliyevanın sözügedən vəzifədə işləyərkən həmin xəstəxananın Məmmədrzalı tibb məntəqəsinin müdiri vəzifəsində işləmiş İltizam Əzimovun köməkçiliyi ilə qanunsuz olaraq əlillik dərəcələrinin təyin edilməsi ilə əlaqədar saxta məlumatların müvafiq elektron informasiya sisteminə yerləşdirilməsi müqabilində ona müraciət etmiş çoxsaylı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində dövlət büdcəsinə maddi ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Könül Əliyevaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2 (təkrar rüşvət alma) və 313 (vəzifə saxtakarlığı), İltizam Əzimova isə həmin Məcəllənin 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik), 32.5, 311.3.2 (təkrar rüşvət almaya köməkçilik) və 32.5, 313-cü (vəzifə saxtakarlığına köməkçilik) maddələri ilə ittiham elan edilməklə barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı dövlət büdcəsinə dəymiş ziyanın isə qismən ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərPensiyalar gecikəcək
09.01.2026Binəqədidə bəzi evlər söküləcək: Sakinlər kompensasiyadan narazıdır - VİDEO
09.01.2026“Süni intellekt axmaqdır”, amma onu görməməzlikdən gəlmək biznesi məhv edə bilər - Mark Kuban
09.01.2026“Onlar bizə əmanətdir” aksiyası şəhid övladlarına sevgi ilə davam edir ®
09.01.2026Bu şirkət nizamnamə kapitalını 24 min manatdan çox azaldır
09.01.2026Ermənistanlı nazir: "Azərbaycandan 7,6 min ton neft məhsullarının idxalını gözləyirik"
09.01.2026Mərkəzi Bankın avtomobilləri satışa çıxarılır - Qiymətlər 3 800 manatdan başlayır
09.01.2026
Ölən şəxsin kredit borcunu ailə, yoxsa zamin ödəməlidir?
09.01.2026ING Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu azaldıb
09.01.2026ING: Azərbaycan Mərkəzi Bankı bu il uçot dərəcəsini yenidən artıracaq
09.01.2026Azərbaycan nefti bahalaşdı
09.01.2026"Sakinlərə hesabat verməli deyiləm" - "Uğur Yaşam" MMC-nin yığdığı pullar hara gedir?
09.01.2026"Gmail"də yeni funksiyalar təqdim edilib
09.01.2026"Aksiz vergisi artırılan tütün məhsulları bahalaşacaq" - VİDEO
09.01.2026Kriptobirjada eniş müşahidə edilir - "Bitcoin" nisbi ucuzlaşıb
09.01.2026Lirə və avro ucuzlaşdı
09.01.2026İnsanlar ən çox bu sahələrdə pullarını israf edir - SƏHƏR OXUSU
09.01.2026