“Onlar bizə əmanətdir” aksiyası şəhid övladlarına sevgi ilə davam edir

Redaktor

09.01.2026 11:33
132

“Onlar bizə əmanətdir” aksiyası şəhid övladlarına sevgi ilə davam edir ®

Hər zaman sosial təşəbbüsləri ilə seçilən Qırmızı Ürəklər Fondu növbəti dəfə “Onlar bizə əmanətdir” aksiyasını həyata keçirib. Aksiya çərçivəsində 16 yaşınadək olan 1800 şəhid övladına bayram hədiyyələri təqdim edilib. Təşəbbüsün məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin bizə əmanət olan övladlarına mənəvi dəstək olmaq, onlara hər zaman cəmiyyətin diqqət və qayğısı ilə əhatə olunduqlarını hiss etdirməkdir.

Paytaxt Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarını da əhatə edən aksiyanın icrasında Qırmızı Ürəklər Fondunun könüllüləri fəal iştirak edib. Hədiyyə təqdim ediləcək uşaqların müəyyən olunmasına yerli icra hakimiyyəti orqanları dəstək olub. Hədiyyələrin çatdırılmasını isə “Azərpoçt” üzərinə götürüb.

Qeyd edək ki, aksiya Kapital Bank, PMD Group, PashaPay, PASHA Investments və PASHA Technology kimi nüfuzlu tərəfdaşların dəstəyi ilə həyata keçirilir.

Uşaqların sevinc dolu anlarını izləmək üçün:  https://www.b-b.az/dy5LUS

“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz. 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Dünyanın ən populyar avtomobili seçildi - TOP-10

09.01.2026

Bu sığorta növlərində müştərilərə heç bir ödəniş edilməyib

09.01.2026

30 illik səssizlik pozulur: Kompüter dünyasının əfsanə markası geri qayıdır

09.01.2026

Robert Kiyosaki zəngin olmaq üçün 4 gəlir növünü məsləhət görür

09.01.2026

"YouTube"da yeni hesab açanları gözləyən təhlükə: Hər 5 videodan biri…

09.01.2026

Azərbaycanda bu ölkələrdən gətirilən ətlər satılır - SİYAHI

09.01.2026

"OpenAI" "Convogo"nun komandasını satın alır

09.01.2026

Azərbaycanda bu dərmanlar apteklərdə pulsuz verilir - RƏSMİ

09.01.2026

Azərbaycanda şirkət "təzə göyərti"yə görə cərimələndi - 2 milyon borcu üzə çıxdı

09.01.2026

2025-ci ilin ən bəxtsiz turistləri açıqlandı - İlginc hadisələr

09.01.2026

Zara İbrahimzadə PAŞA Bankın Baş Direktoruna müşavir təyin olunub

09.01.2026

Bəzi abidələrin siyahısına dəyişiklik edildi

09.01.2026

Qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!

09.01.2026

Ən çox şikayət olunan internet provayderləri açıqlanıb

09.01.2026

ETX: "Telegram" və "WhatsApp" hesabları ilə bağlı araşdırmalar davam etdirilir

09.01.2026

“Microsoft” süni intellektin xərcini əməkdaşlara ödədir?

09.01.2026
Ən çox izlənilən "YouTube" videoları və onların gətirdiyi gəlir

Ən çox izlənilən "YouTube" videoları və onların gətirdiyi gəlir

09.01.2026

BP dünyada ilk dəfə "Xankəndi" gəmisi ilə Xəzərdəki sualtı quyulara xidmət göstərməyə başlayır

09.01.2026

Generalın müavini təqaüdə göndərildi - Yeni təyinat

09.01.2026

Tim Kuk ötən il 74,3 milyon dollar qazanıb

09.01.2026

Məzənnə

Yüklənir...