Redaktor
İnsanlar ən çox bu sahələrdə pullarını israf edir - SƏHƏR OXUSU
Bəzən elə hiss olunur ki, pul bank hesabından görünməz bir “qara dəliyə” axıb gedir. Halbuki problemin əsas səbəbi gəlirin azlığı yox, xərclərin düzgün idarə olunmamasıdır. Araşdırmalar göstərir ki, insanların böyük hissəsi fərqində olmadan eyni sahələrdə pul itirir.
1. Kredit kartı faizləri
Minimum ödəniş etməklə kredit kartı borcunu daşımaq ən böyük pul itkilərindən biridir. Borc artdıqca ödənişlər əsas məbləği yox, yalnız faizi bağlayır.
2. Geyinilib kənara qoyulan paltarlar
Sorğulara görə, insanların yarıdan çoxu cəmi bir dəfə geyindiyi paltarlara pul xərclədiyini etiraf edir. Endirim var deyə ehtiyac olmayan geyim almaq israfdır.
3. Çatdırılma xərcləri
Onlayn alış-veriş zamanı kiçik məbləğli çatdırılma haqları ay ərzində ciddi xərcə çevrilir.
4. Çöldə alınan qəhvə və nahar
Hər gün 4-5 manatlıq qəhvə və nahar əlavə xərc deməkdir. Evdən hazırlanan yemək daha qənaətlidir.
5. Tez-tez sifariş edilən yeməklər
Hazır yeməklər evdə bişirilən yeməkdən təxminən 5 dəfə baha başa gəlir. Davamlı sifariş büdcəni ciddi şəkildə sarsıdır.
6. Restoran xərcləri
Restoranda yemək evdə hazırlanan yeməkdən bəzən 20 dəfə baha olur. Alternativ olaraq evdə dostlarla növbəli şam süfrələri təşkil etmək mümkündür.
7. Evdə atılan qidalar
Artıq alınan məhsullar, hazır paketlənmiş qidalar və düzgün planlaşdırılmayan yeməklər nəticəsində milyonlarla ton qida tullantıya çevrilir - bu isə birbaşa pul itkisidir.
8. Alkoqol xərcləri
Həftəlik bir neçə şərab və pivə ayda onlarla manat xərc yarada bilər. Xərcləri qeydə almaq real mənzərəni göstərir.
9. TV və yayım paketləri
İstifadə edilməyən televiziya və “streaming” abunəlikləri aylarla ödəniş tələb edir. Əksəriyyətinə ehtiyac olmur.
10. Lazımsız üzvlüklər və abunəliklər
İdman zalları, jurnallar, istifadə olunmayan abunəliklər büdcənin səssiz düşmənidir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDünyanın ən populyar avtomobili seçildi - TOP-10
09.01.2026Bu sığorta növlərində müştərilərə heç bir ödəniş edilməyib
09.01.202630 illik səssizlik pozulur: Kompüter dünyasının əfsanə markası geri qayıdır
09.01.2026Robert Kiyosaki zəngin olmaq üçün 4 gəlir növünü məsləhət görür
09.01.2026"YouTube"da yeni hesab açanları gözləyən təhlükə: Hər 5 videodan biri…
09.01.2026Azərbaycanda bu ölkələrdən gətirilən ətlər satılır - SİYAHI
09.01.2026"OpenAI" "Convogo"nun komandasını satın alır
09.01.2026Azərbaycanda bu dərmanlar apteklərdə pulsuz verilir - RƏSMİ
09.01.2026Azərbaycanda şirkət "təzə göyərti"yə görə cərimələndi - 2 milyon borcu üzə çıxdı
09.01.20262025-ci ilin ən bəxtsiz turistləri açıqlandı - İlginc hadisələr
09.01.2026Zara İbrahimzadə PAŞA Bankın Baş Direktoruna müşavir təyin olunub
09.01.2026Bəzi abidələrin siyahısına dəyişiklik edildi
09.01.2026Qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!
09.01.2026Ən çox şikayət olunan internet provayderləri açıqlanıb
09.01.2026ETX: "Telegram" və "WhatsApp" hesabları ilə bağlı araşdırmalar davam etdirilir
09.01.2026“Microsoft” süni intellektin xərcini əməkdaşlara ödədir?
09.01.2026