Redaktor
ING Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu azaldıb
Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda 2026-cı ildə orta illik inflyasiyanın 5,3 %, 2027-ci ildə isə 8,9 % olacağını proqnozlaşdırır.
Valyuta.az "Report"a istinadən xəbər verir ki, əvvəlki proqnozla müqayisədə cari il üçün gözləntilər 0,4 faiz bəndi azalıb, 2027-ci il üçün proqnoz isə dəyişməz qalıb.
ING-nin məlumatlarına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,6 % təşkil edib.
Bank analitikləri 2026-cı ilin I rübündə orta illik inflyasiyanın 5,2 % (əvvəlki 5,7 %), II rübdə 5,4 % (əvvəlki 5,9 %), III rübdə 5,3 % (əvvəlki 5,7 %) və IV rübdə 5,5 % (əvvəlki 5,7 %) səviyyəsində olacağını gözləyirlər.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, bu il ölkədə orta illik inflyasiya 5,4 %, 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % olacaq. Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (2025-ci ilin oktyabr ayı) əsasən, 2025-ci ildə illik inflyasiya 6 %, 2026-cı ildə isə təxminən 5,7 % olacaq.
BMT öz növbəsində Azərbaycanda inflyasiyanın bu il 3,6 %, gələn il isə 3,1 % olacağını proqnozlaşdırır. Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda orta illik inflyasiyanın 2,3 % olacağını gözləyir.
Asiya İnkişaf Bankı Azərbaycanda orta illik inflyasiyanın 2025-ci ildə 4,2 %, 2026-cı ildə isə 3,5 % olacağını proqnozlaşdırır.
“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanda orta illik inflyasiyanın cari və növbəti ildə müvafiq olaraq 4 % və 3 %, “Fitch Ratings” 2025-ci ildə 5,3 %, 2026-cı ildə 4,6 %, “Fitch Solutions” isə 2025-ci ildə 5,7 %, 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4,8 % olacağını proqnozlaşdırır.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 2,2 %, 2025-ci ilin yanvar-noyabr aylarında isə 5,7 % təşkil edib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDünyanın ən populyar avtomobili seçildi - TOP-10
09.01.2026Bu sığorta növlərində müştərilərə heç bir ödəniş edilməyib
09.01.202630 illik səssizlik pozulur: Kompüter dünyasının əfsanə markası geri qayıdır
09.01.2026Robert Kiyosaki zəngin olmaq üçün 4 gəlir növünü məsləhət görür
09.01.2026"YouTube"da yeni hesab açanları gözləyən təhlükə: Hər 5 videodan biri…
09.01.2026Azərbaycanda bu ölkələrdən gətirilən ətlər satılır - SİYAHI
09.01.2026"OpenAI" "Convogo"nun komandasını satın alır
09.01.2026Azərbaycanda bu dərmanlar apteklərdə pulsuz verilir - RƏSMİ
09.01.2026Azərbaycanda şirkət "təzə göyərti"yə görə cərimələndi - 2 milyon borcu üzə çıxdı
09.01.20262025-ci ilin ən bəxtsiz turistləri açıqlandı - İlginc hadisələr
09.01.2026Zara İbrahimzadə PAŞA Bankın Baş Direktoruna müşavir təyin olunub
09.01.2026Bəzi abidələrin siyahısına dəyişiklik edildi
09.01.2026Qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!
09.01.2026Ən çox şikayət olunan internet provayderləri açıqlanıb
09.01.2026ETX: "Telegram" və "WhatsApp" hesabları ilə bağlı araşdırmalar davam etdirilir
09.01.2026“Microsoft” süni intellektin xərcini əməkdaşlara ödədir?
09.01.2026