Ölən şəxsin kredit borcunu ailə, yoxsa zamin ödəməlidir?

Redaktor

09.01.2026 10:14
139

Ölən şəxsin kredit borcunu ailə, yoxsa zamin ödəməlidir?

Banklardan götürülən kreditlərin qaytarılması məsələsi, xüsusilə əsas borcalanın vəfat etdiyi hallarda tez-tez hüquqi mübahisələrə səbəb olur. Bu halda bank tərəfindən vəfat etmiş şəxsin ailəsinə müraciət edilərək kredit öhdəliyinin ödənilməsi tələb olunur. Ailə isə borcu ödəməkdən imtina edir.

Belə vəziyyətlərdə əsas sual ondan ibarət olur ki, borcun ödənilməsinə kim cavabdehdir – mərhumun ailə üzvləri, yoxsa zamin?

Mövzu ilə bağlı Valyuta.az-a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, hər bir şəxs - istər sağlığında, istərsə də vəfat etdikdən sonra - öhdəliklərini öz əmlakı hesabına ödəməlidir:

"Əgər şəxs vəfat edibsə və onun adına əmlak mövcuddursa, borclar həmin əmlakdan ödənilir. Əmlak vərəsələrə keçərsə, onlar qəbul etdikləri mirasın həcmi qədər mərhumun borclarına görə məsuliyyət daşıyırlar.

Əgər vərəsəlik üzrə heç bir əmlak yoxdursa, bu halda ailə üzvlərindən hər hansı bir borcun ödənilməsi tələb oluna bilməz. Yəni, onlara heç bir əmlak keçməyibsə, borcu da ödəməyə borclu deyillər".

"Zamin məsələsinə gəldikdə isə, zaminlik hüquqi məsuliyyət yaradır. Şəxsin sağ və ya vəfat etmiş olması fərq etmədən, əgər əsas borclu öhdəliyini yerinə yetirə bilmirsə və onun adına əmlak yoxdursa, bu halda borcun ödənilməsi üçün zaminə müraciət olunur. Zamin, borclunun yerinə məsuliyyət daşıyır", - deyə ekspert əlavə edib.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Dünyanın ən populyar avtomobili seçildi - TOP-10

09.01.2026

Bu sığorta növlərində müştərilərə heç bir ödəniş edilməyib

09.01.2026

30 illik səssizlik pozulur: Kompüter dünyasının əfsanə markası geri qayıdır

09.01.2026

Robert Kiyosaki zəngin olmaq üçün 4 gəlir növünü məsləhət görür

09.01.2026

"YouTube"da yeni hesab açanları gözləyən təhlükə: Hər 5 videodan biri…

09.01.2026

Azərbaycanda bu ölkələrdən gətirilən ətlər satılır - SİYAHI

09.01.2026

"OpenAI" "Convogo"nun komandasını satın alır

09.01.2026

Azərbaycanda bu dərmanlar apteklərdə pulsuz verilir - RƏSMİ

09.01.2026

Azərbaycanda şirkət "təzə göyərti"yə görə cərimələndi - 2 milyon borcu üzə çıxdı

09.01.2026

2025-ci ilin ən bəxtsiz turistləri açıqlandı - İlginc hadisələr

09.01.2026

Zara İbrahimzadə PAŞA Bankın Baş Direktoruna müşavir təyin olunub

09.01.2026

Bəzi abidələrin siyahısına dəyişiklik edildi

09.01.2026

Qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!

09.01.2026

Ən çox şikayət olunan internet provayderləri açıqlanıb

09.01.2026

ETX: "Telegram" və "WhatsApp" hesabları ilə bağlı araşdırmalar davam etdirilir

09.01.2026

“Microsoft” süni intellektin xərcini əməkdaşlara ödədir?

09.01.2026
Ən çox izlənilən "YouTube" videoları və onların gətirdiyi gəlir

Ən çox izlənilən "YouTube" videoları və onların gətirdiyi gəlir

09.01.2026

BP dünyada ilk dəfə "Xankəndi" gəmisi ilə Xəzərdəki sualtı quyulara xidmət göstərməyə başlayır

09.01.2026

Generalın müavini təqaüdə göndərildi - Yeni təyinat

09.01.2026

Tim Kuk ötən il 74,3 milyon dollar qazanıb

09.01.2026

Məzənnə

Yüklənir...