Redaktor
"Gmail"də yeni funksiyalar təqdim edilib
"Google" şirkəti "Gmail" poçt xidmətində yeni "AI Inbox" rejimini təqdim edib.
Valyuta.az xəbər verir ki, bu barədə "The Verge" nəşri məlumat yayıb.
Ənənəvi məktub siyahısı əvəzinə, süni intellektə əsaslanan köməkçi istifadəçi üçün maraqlı ola biləcək mövzular üzrə qısa icmallar və fərdiləşdirilmiş tapşırıqlar tərtib edir. Bu funksiya daxil olan məktubları daim çeşidləmək məcburiyyətində qalanlar və ya e-poçtu "işlər siyahısı" kimi istifadə edənlər üçün ciddi köməkçi ola bilər.
İlkin mərhələdə bu funksiyadan yalnız ABŞ-də olan "etibarlı istifadəçilər" yararlana biləcəklər və xidmət yalnız veb-interfeysdə işləyəcək. Bundan əlavə, funksiya yalnız "Google Workspace" platformasına bağlı olmayan adi "Gmail" hesabları üçün əlçatan olacaq.
"Gmail"də daha bir mühüm yenilik pulsuz funksiyaların genişləndirilməsidir. İndi bütün istifadəçilər cavabların yazılması üçün fərdiləşdirilmiş məsləhətlər, məktub zəncirləri üzrə xülasələr və yeni mesajların yazılmasına daha güclü kömək funksiyalarını pulsuz əldə edəcəklər.
"Google One AI Pro" (aylıq 19.99 dollar) və "Ultra" (aylıq 249.99 dollar) tariflərinə abunə olanlar isə brauzer daxilində genişləndirilmiş orfoqrafiya yoxlaması və süni intellekt xülasələrindən yararlana biləcəklər.
"Gmail"də süni intellekt funksiyalarını söndürmək mümkündür, lakin bunu ayrı-ayrılıqda deyil, yalnız hamısını birlikdə deaktiv etməklə həyata keçirmək olar.
©Oxu.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərDünyanın ən populyar avtomobili seçildi - TOP-10
09.01.2026Bu sığorta növlərində müştərilərə heç bir ödəniş edilməyib
09.01.202630 illik səssizlik pozulur: Kompüter dünyasının əfsanə markası geri qayıdır
09.01.2026Robert Kiyosaki zəngin olmaq üçün 4 gəlir növünü məsləhət görür
09.01.2026"YouTube"da yeni hesab açanları gözləyən təhlükə: Hər 5 videodan biri…
09.01.2026Azərbaycanda bu ölkələrdən gətirilən ətlər satılır - SİYAHI
09.01.2026"OpenAI" "Convogo"nun komandasını satın alır
09.01.2026Azərbaycanda bu dərmanlar apteklərdə pulsuz verilir - RƏSMİ
09.01.2026Azərbaycanda şirkət "təzə göyərti"yə görə cərimələndi - 2 milyon borcu üzə çıxdı
09.01.20262025-ci ilin ən bəxtsiz turistləri açıqlandı - İlginc hadisələr
09.01.2026Zara İbrahimzadə PAŞA Bankın Baş Direktoruna müşavir təyin olunub
09.01.2026Bəzi abidələrin siyahısına dəyişiklik edildi
09.01.2026Qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!
09.01.2026Ən çox şikayət olunan internet provayderləri açıqlanıb
09.01.2026ETX: "Telegram" və "WhatsApp" hesabları ilə bağlı araşdırmalar davam etdirilir
09.01.2026“Microsoft” süni intellektin xərcini əməkdaşlara ödədir?
09.01.2026