Keçmiş NASA alimi fizika qanunlarını pozan mühərrik yaratdığını iddia edir

Redaktor

08.01.2026 21:29
76

Keçmiş NASA alimi fizika qanunlarını pozan mühərrik yaratdığını iddia edir

Keçmiş NASA alimi və “Exodus Propulsion Technologies” şirkətinin həmtəsisçisi Çarlz Buxler Yer cazibəsinə qarşı çıxmağın yolunu taparaq faktiki olaraq fizika qanunlarını pozduğunu iddia edib. 

Valyuta.az xəbər verir ki, onun sözlərinə görə, komandasının aşkar etdiyi yeni mexanizm elektrostatik asimmetriyaya əsaslanan “yeni bir qüvvə” üzərində qurulub. Bu barədə “Indian Defence Review” nəşri məlumat yayıb.

“The Debrief” nəşrinə verdiyi müsahibədə Çarlz Buxler bildirib ki, komandası yanacaq istifadə etmədən itələmə qüvvəsi yarada bilən bir mühərrikin konseptini formalaşdırmağa nail olub. Alimin sözlərinə görə, bu nailiyyət ilkin mərhələdə cüzi nəticələr verən qurğular üzərində aparılan uzun illər davam edən sınaqlardan sonra əldə edilib.

Buxler etiraf edib ki, həlledici dönüş nöqtəsi 2023-cü ildə baş verib. Məhz həmin dövrdə elektrostatik xüsusiyyətlərdən istifadə edən bir konfiqurasiyanın ölçülə bilən itələmə qüvvəsi yaratdığı müşahidə olunub.

“Əslində biz aşkar etdik ki, elektrostatik təzyiqdə asimmetriya və ya hər hansı elektrostatik divergensiya sahəsi olan sistemlər kütlə mərkəzinə sıfırdan fərqli qüvvə komponenti verə bilir”, deyə Buxler izah edib.

Alim əlavə edib ki, bu yeni mexanizm obyektin hər hansı maddə (yanacaq, qaz və s.) buraxmadan, yalnız kütlə mərkəzini dəyişməklə hərəkət etməsinə imkan yaradır. Nəşrdə qeyd olunur ki, əgər bu prinsip təsdiqlənsə, müasir fizika üçün ciddi bir dönüş nöqtəsi olacaq və kosmik uçuşlar sahəsində tamamilə yeni imkanlar aça bilər.

Bununla yanaşı vurğulanır ki, Buxlerin komandası tərəfindən hazırlanmış mexanizm hələ də müstəqil yoxlamalara ehtiyac duyur. Komandanın nüfuzundan asılı olmayaraq, elmi metod iddiaların təkrarolunan nəticələrlə sübut edilməsini tələb edir. Xüsusilə mövcud fizika qanunlarına meydan oxuyan iddialar bu baxımdan daha ciddi yoxlanılmalıdır.

Paşa Məmmədli

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Generalın müavini təqaüdə göndərildi - Yeni təyinat

09.01.2026

Tim Kuk ötən il 74,3 milyon dollar qazanıb

09.01.2026

Azərbaycandan Biləcəri-Böyük Kəsik marşrutu ilə Ermənistana 48 vaqon neft məhsulu göndərilib

09.01.2026

Anar İsgəndərov "Şöhrət" ordeni ilə təltif edilib

09.01.2026

“Tarqovu”da ev almaq neçəyə başa gəlir?

09.01.2026

Qırmızı Ürəklər Fondunun “Bayram səbəti” aksiyası 300-dən çox ailəyə sevinc bəxş etdi ®

09.01.2026

AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib

09.01.2026

DTX xarici xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq edən şəxsi həbs edib

09.01.2026

Bu balığı Polşadan 2 manat 19 qəpiyə, Rusiyadan 13 manata alırıq

09.01.2026

Özəl banklara kredit qoyuluşu 1 milyard manatdan çox artıb

09.01.2026

4 investisiya şirkətinin dövriyyəsi azalıb - CƏDVƏL

09.01.2026

Audiovizual Şura üç televiziya və bir radionun yayımını müvəqqəti dayandıracaq

09.01.2026

"Nvidia" böhrana görə 5 il əvvəl buraxılmış videokartları yenidən satışa çıxaracaq

09.01.2026

Könüllü sığorta üzrə yığımlar 121 milyondan çox artıb

09.01.2026

KOBİA sahibkarlar üçün 9 istiqamətdə bazar araşdırması apardı - Nəticələr

09.01.2026

Sabahın hava proqnozu

09.01.2026

"Sertifikat işə qəbulda hər zaman üstünlük yaratmır"

09.01.2026

İşdən çıxarılan icra başçısının səlahiyyətləri ona tapşırıldı

09.01.2026

Azərbaycanda investisiya şirkəti fəaliyyətini dayandırdığını elan etdi

09.01.2026

Novxanıdakı bu restoranlarda “dəvə qutabı” menyudan çıxarıldı

09.01.2026

Məzənnə

Yüklənir...