Məmurlar şikayət etdilər, İsayevlər bir milyon manat ödəyəcəklər

Redaktor

08.01.2026 16:53
119

Məmurlar şikayət etdilər, İsayevlər bir milyon manat ödəyəcəklər

"Messenat Holdinq"ə məxsus "Bəhramtəpə-Çınqıl" ASC-nin icraçı direktoru vəzifəsində çalışarkən qanunsuz sahibkarlıqda, vergiləri, işsizlikdən sığortanı, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmada, işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozmada, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan Ağamalı İsayevin cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə İmişli Rayon Məhkəməsinin qərarından dövlət ittihamçı tərəfindən verilmiş apellyasiya protestinə baxılıb.

Valyuta.az "Teleqraf"a istinadən xəbər verir ki, apellyasiya məhkəməsində keçirilən prosesdə Ekologiya və Təbii Sərvərlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov tərəfindən verilmiş apellyasiya şikayətinə, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Ərəb Aslanov tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılaraq, cinayət kollegiyası qərar verib.

Qərara əsasən, verilmiş apellyasiya şikayətləri qismən təmin edilib. İmişli Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qərarı dəyişdirilib və Ağamalı İsayevdən dəymiş maddi ziyana görə 818 636 manat alınaraq Ekologiya və Təbii Sərvərlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin hesabına, həmçinin vergi borcuna görə 113 941.47 manat alınaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin hesabına ödəniləcək.

Qeyd edək ki, A.İsayevin rəhbəri olduğu şirkət İmişli rayonunun Xubyarlı kəndi ərazisində beş il qum-çınqıl hasilatı ilə bağlı qanunsuz fəaliyyət göstərib. Ağamalı İsayev habelə dağ-mədən obyektinin istismarı zamanı qanunvericiliyin tələblərini pozaraq hidrotexniki gilsovuran qurğunun istifadəsinin qadağan edilməsinə baxmayaraq, yataq ərazisində 1 623 600 manat dəyərində 295 200 kubmetr həcmində qum çıxarıb dövlətə və təbiətə xüsusilə külli miqdarda ziyan vurub.

Bu əməllər nəticəsində, həmin ərazidə uzunluğu 240 metr, eni 123 metr, orta dərinliyi 10 metr olan gölün yaranmasına səbəb olmaqla torpaq sahələrinin geniş miqyasda çökməsi, infrastruktur və yaşayış sahələrinin dağılmasına təhlükə yaratmaqla təbiətə və ətraf mühitə ciddi zərər vurub. Bundan başqa, o, külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınıb.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, "Messenat Holding"in rəhbəri "Titanik Tofiq" kimi tanınan iş adamı Tofiq İsayevdir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Generalın müavini təqaüdə göndərildi - Yeni təyinat

09.01.2026

Tim Kuk ötən il 74,3 milyon dollar qazanıb

09.01.2026

Azərbaycandan Biləcəri-Böyük Kəsik marşrutu ilə Ermənistana 48 vaqon neft məhsulu göndərilib

09.01.2026

Anar İsgəndərov "Şöhrət" ordeni ilə təltif edilib

09.01.2026

“Tarqovu”da ev almaq neçəyə başa gəlir?

09.01.2026

Qırmızı Ürəklər Fondunun “Bayram səbəti” aksiyası 300-dən çox ailəyə sevinc bəxş etdi ®

09.01.2026

AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib

09.01.2026

DTX xarici xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq edən şəxsi həbs edib

09.01.2026

Bu balığı Polşadan 2 manat 19 qəpiyə, Rusiyadan 13 manata alırıq

09.01.2026

Özəl banklara kredit qoyuluşu 1 milyard manatdan çox artıb

09.01.2026

4 investisiya şirkətinin dövriyyəsi azalıb - CƏDVƏL

09.01.2026

Audiovizual Şura üç televiziya və bir radionun yayımını müvəqqəti dayandıracaq

09.01.2026

"Nvidia" böhrana görə 5 il əvvəl buraxılmış videokartları yenidən satışa çıxaracaq

09.01.2026

Könüllü sığorta üzrə yığımlar 121 milyondan çox artıb

09.01.2026

KOBİA sahibkarlar üçün 9 istiqamətdə bazar araşdırması apardı - Nəticələr

09.01.2026

Sabahın hava proqnozu

09.01.2026

"Sertifikat işə qəbulda hər zaman üstünlük yaratmır"

09.01.2026

İşdən çıxarılan icra başçısının səlahiyyətləri ona tapşırıldı

09.01.2026

Azərbaycanda investisiya şirkəti fəaliyyətini dayandırdığını elan etdi

09.01.2026

Novxanıdakı bu restoranlarda “dəvə qutabı” menyudan çıxarıldı

09.01.2026

Məzənnə

Yüklənir...