"SOCAR AQŞ" İraqda tenderlərdə iştirak edir

Redaktor

05.02.2026 10:22
107

"SOCAR AQŞ" İraqda tenderlərdə iştirak edir

"SOCAR AQŞ" İraqda layihələrin həyata keçirilməsi üçün tenderlərdə iştirak edir.

Valyuta.az "Report"a istinadən xəbər verir ki, bunu "SOCAR AQŞ"nin Türkiyə üzrə ölkə meneceri Elvin Nəsibov Bakıda keçirilən "IADC Drilling Caspian & Black Sea 2026" konfrans və sərgisində bildirib.

Onun sözlərinə görə, "SOCAR AQŞ" biznesini genişləndirmək məqsədilə regiondakı müxtəlif tenderlərdə iştirak edir: "Misal olaraq İraqı göstərmək olar. Hazırda regionun özəl operatorlarından biri olan "Crescent Petroleum" ilə bu ölkədə bir kəşfiyyat quyusunun qazılması üçün tender prosesindəyik. Layihənin həcmi "1+4" quyudan ibarətdir. İlk quyu kəşfiyyat quyusu olacaq və hər şey uğurlu keçərsə, hasilat nəticələri müştərinin gözləntilərinə cavab verərsə, daha dörd quyu qazılacaq. Bundan əlavə, "Basra Oil Company" (BOC) ilə əməkdaşlıq çərçivəsində 2000 at gücündə qurğularla qazma işlərinin aparılması üçün tenderdə iştirak edirik. Bu müqavilə qurğuların istismarı ilə həyata keçiriləcək".

O qeyd edib ki, şirkərin Türkiyə və İraqdakı layihələri onun güclü beynəlxalq təcrübəsini aydın şəkildə nümayiş etdirir: "Bu, eyni zamanda, regionumuz da daxil olmaqla, dünya miqyasında təhlükəsiz və yüksək keyfiyyətli qazma xidmətləri göstərmək öhdəliyimizi bir daha təsdiqləyir".

Qeyd edək ki, "SOCAR AQŞ" 2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Nobel Energy" və "Abşeron Qazma" MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir.

Şirkət qabaqcıl qazma texnologiyalarını və yeni idarəetmə üsullarını tətbiq etməklə neft və qaz quyularının qazılması sənayesində çoxillik təcrübəyə malikdir. "SOCAR AQŞ" ölkənin qazma sənayesində innovativ yanaşmalar tətbiq edən lider şirkət olub, təhlükəsiz və etibarlı həllər təqdim edən uğurlu fəaliyyət təcrübəsinə malikdir. Şirkət 2009-cu ildən Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) üzvüdür və bütün tətbiq olunan beynəlxalq standartlara tam uyğun fəaliyyət göstərir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

2026-cı ildə ziyarət etməyə dəyər 7 yer: Sizi əbədi olaraq dəyişəcək

05.02.2026

Alınması tövsiyə olunmayan 6 hibrid avtomobil

05.02.2026

"Nike" şirkəti ağdərili işçilərə qarşı ayrı-seçkilikdə ittiham olunur

05.02.2026

Rekord qırıldı: Kvant materialları indi əvvəlkindən daha yaxındır

05.02.2026

Gemini tətbiqi aylıq 750 milyon aktiv istifadəçini keçib

05.02.2026

Aİ Trampa qarşı: Avropa daha bir böyük ticarət tərəfdaşı "tapdı"

05.02.2026

"Amazon"dan kino və seriallar üçün süni intellekt addımı

05.02.2026

Kamran Əliyev yeni şöbə rəisi təyin etdi

05.02.2026

"Google" süni intellekt xərclərini iki dəfə artırır

05.02.2026

Bu icra başçılarının müavinləri ixtisara düşdü

05.02.2026

“Cerebras”ın bazar dəyəri 23 milyard dollara çatıb

05.02.2026

Sosial müavinətlərlə bağlı dəyişikliyin üstünlüyü nələrdir?

05.02.2026

"Rabitəbank" ASC tender elan edir ®

05.02.2026

Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatdı

05.02.2026

Məktəb publik hüquqi şəxsə çevrilir: Müəllimlərin taleyi direktorun əlində olacaq?

05.02.2026

Sağalmaz xəstəliklərdən sığorta ödənişləri 3 dəfədən çox artıb

05.02.2026

Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb

05.02.2026

İtaliyadan 27 manata alınıb, Türkiyəyə 36 qəpiyə satılıb

05.02.2026

"Bir çox sahədə təklif olunan maaşlar gənclərin yaşayış xərclərini ödəmir"

05.02.2026

Jaspreet Singh: 2026-cı ilin ən böyük investisiya tələsi

05.02.2026

Məzənnə

Yüklənir...