Redaktor
Samsung "Nvidia"nın "Vera Rubin" platforması üçün yeni nəsil SSD-lərin kütləvi istehsalına başlayıb
"Samsung Electronics" "Nvidia"nın yaxın vaxtlarda təqdim ediləcək "Vera Rubin" platformasında istifadə olunacaq ən yeni nəsil məlumat mərkəzi yaddaş daşıyıcısı – "PM1763" korporativ SSD modelinin kütləvi istehsalına başlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"PM1763" modeli bu ilin əvvəlində "Nvidia"nın "GTC" konfransında təqdim olunub. "Samsung" həmin tədbirdə yeni SSD-ni süni intellekt məlumat mərkəzləri üçün hazırladığı həll paketinin bir hissəsi kimi nümayiş etdirib.
Paketə həmçinin yeni nəsil yüksək ötürmə qabiliyyətli HBM4 yaddaşı və aşağı enerji sərfiyyatlı "SOCAMM2" modulu da daxildir.
Şirkətin açıqlamasına görə, yeni yaddaş daşıyıcısı "Samsung"un son nəsil "V-NAND" flaş yaddaş çipi və xüsusi hazırlanmış 4 nanometrlik idarəetmə kontrolleri əsasında hazırlanıb.
"PM1763" əvvəlki nəsil məhsulla müqayisədə iki dəfədən çox yüksək oxuma və yazma sürəti təmin edir.
Bildirilib ki, yeni SSD qabaqcıl prosessorlar və süni intellekt sürətləndiricilərində məlumatların emalı zamanı gecikməni azaltmaq üçün optimallaşdırılıb.
Süni intellekt modellərinin öyrədilməsi və inferens (inference) proseslərində yüksək məhsuldarlığın qorunması məqsədilə qurğu maye soyutma sistemi ilə təchiz edilib.
"TrendForce"un məlumatına görə, 2026-cı ilin birinci rübündə korporativ SSD bazarında 35 faiz payla lider "Samsung" olub. Sonrakı yerlərdə "SK Hynix", "Micron Technology", "Kioxia Holdings" və "Kioxia"nın tərəfdaşı "Sandisk" qərarlaşıb.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"OpenAI" ən güclü modeli "GPT-5.6"nı təqdim etməyə hazırlaşır
08.07.2026"SambaNova" 11 milyard dollar dəyərləndirmə ilə 1 milyard dollar investisiya cəlb edib
08.07.2026Yerin qızıl ehtiyatlarının 99,999 faizi əlçatmaz yerdədir - Alimlərdən maraqlı kəşf
08.07.2026"BlackRock" tərəfdaşının səhmləri 40% ucuzlaşıb
08.07.2026“Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib, saxlanılanlar var
08.07.2026"Apple" ABŞ-da çip istehsalı üçün "Broadcom"a 30 milyard dollardan çox investisiya yatırır
08.07.2026"Kəpəz" BOKT-un 1 milyon manatlıq istiqrazları üzrə hərracın tarixi açıqlanıb
08.07.20265 iqtisadi rayonda kredit faizləri yüksək olub
08.07.2026“ING” “Singular Bank”ın 40 faiz payını alır
08.07.2026"Omen AI" 41,5 milyon dollar investisiya cəlb edib
08.07.2026“Bank of America” ABŞ iqtisadiyyatında iki fərqli inkişaf trayektoriyası olduğunu bildirir
08.07.2026