Redaktor
Stolüstü kompüter istehsalı 52% azalıb
2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda 2 920 ədəd stolüstü kompüter istehsal edilib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 136 ədəd və ya 51.8% azdır.
2024-cü ilin eyni dövründə 6 056 ədəd stolüstü kompüter istehsal edilib.
Hesabat dövründə istehsal olunan noutbuklar sayı 27 645 ədəd olub ki, bu da illik müqayisədə 929 ədəd, yaxud da 3.5% çoxdur. 2024-cü ilin eyni dövründə 26 716 ədəd noutbuk istehsal edilib.
Ümumilikdə kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində bu ilin yanvar-dekabr aylarında 353,8 milyon manatlıq məhsul istehsal olunub.
Qeyd edilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,8%, elektrik avadanlıqlarının istehsalı 22,3 artıb.
Mayya Hüseynova